DİN avtomobil nəqliyyatında sərnişindaşımaya nəzarəti gücləndirdi – Qarşısı alınacaq | 1news.az | Xəbərlər
Cəmiyyət

DİN avtomobil nəqliyyatında sərnişindaşımaya nəzarəti gücləndirdi – Qarşısı alınacaq

12:12 - 17 / 09 / 2021
DİN avtomobil nəqliyyatında sərnişindaşımaya nəzarəti gücləndirdi – Qarşısı alınacaq

Pandemiya dövründə vətəndaşlarının sağlamlığı naminə avtomobil nəqliyyatında sərnişindaşımaya nəzarət tədbirləri gücləndirilib.

1news.az xəbər verir ki, bu barədə DİN Mətbuat Xidmətinin KİV və ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi, polis mayoru Elşad Hacıyev məlumat verib. Bildirib ki, koronavirus (COVID-19) infeksiyasının kütləvi yayılmasının qarşısının alınması məqsədilə Nazirlər Kabinetinin qərarı ila həftə sonları – şənbə va bazar günləri şəhərlərarası-rayonlararası və şəhərdaxili-rayondaxili sərnişindaşıma fəaliyyatinə qadağaların qoyulmasına baxmayaraq, bəzi şəxslər tərəfindən qaydalara əməl edilmir.

Kiçik tutumlu avtobuslarla, eləcə də oturacaqlarının sayı sürücü oturacağından başqa 9-dək olan mikroavtobus tipli taksi minik avtomobilləri ilə şəhərlərarası – rayonlararası qanunsuz sərnişindaşımalarını həyata keçirilməsi halları müşahidə olunur.

Müşahidə olunan neqativ hallarla bağlı həftə sonları kiçik tutumlu avtobuslarla, eləcə də oturacaqlarının sayı sürücü oturacağından başqa 9-dək olan mikroavtobus tipli taksi minik avtomobilləri ilə şəhərlərarası – rayonlararası sərnişindaşımalarının qarşısının alınması üçün şəhər və rayon ərazisində yerləşən avtovağzallarda, avtostansiyalarda, habelə kənd və qəsəbələrin giriş-çıxış yerlərində nəzarət-profilaktik tədbirlər çərçivəsində reydlər keçirilə bilər:

"Bunu nəzərə alaraq, diqqətə çatdırıram ki, "Fərqlənmə nişanı", "Taksi" tanınma nişanları, taksometr və digər məlumat göstəriciləri olmadan, eləcə də pandemiya ilə əlaqədar qanunvericiliklə müəyyən edilmiş tibbi tələblərə (fərdi qoruyucu vasitələrdən istifadə edilməsi, sosial məsafənin qorunması məqsədilə sürücü ilə sərnişinin təmasına maneə olan şəffaf arakəsmələrin quraşdırılması və s.) riayət edilmədən sərnişin daşımalarının həyata keçirilməsinin qarşısı alınacaqdır.

Hərəkət iştirakçılarını müəyyən olunan qayda və tələblərə əməl etməyə, koronavirus (COVID-19) infeksiyasının kütləvi yayılmasının qarşısının alınması məqsədilə intizam nümayiş etdirməyə çağırıram. Bu tələb, hər birimizin sağlamlığı ilə əlaqəlidir.

Qeyd olunan tələbləri pozan şəxslər qanunvericiliklə müəyyən edilmiş qaydada inzibati məsuliyyətə cəlb olunacaqdır".

1news.az

Paylaş:
255

Son xəbərlər

Bu gündən 181 avtobus yeni nəqliyyat mübadilə mərkəzindən hərəkət edəcəkBu gün, 15:21Azərbaycanın səfiri etimadnaməsini Ekvador Prezidentinə təqdim edibBu gün, 15:10Sahil Babayev Neftçalada vətəndaşları qəbul edibBu gün, 14:54Laçında uşaqların kompleks tibbi müayinəsi aparılıb - FOTOBu gün, 14:43Salyan sakinindən 2 kiloqramdan artıq heroin götürülübBu gün, 14:22Fövqəladə Hallar Nazirliyi tərəfindən daha bir qanunsuz tikili sökülübBu gün, 13:59Deputat: “Dünyada pensiya yaşının azaldılması yox, artırılması müzakirə olunur”Bu gün, 13:45Növbəti köç karvanı Füzuliyə çatıb, mənzillərin açarları təqdim edilib - YENİLƏNİB 1Bu gün, 13:41Bu şəxslərin təhsil haqqını dövlət ödəyəcəkBu gün, 13:34“Əlavə kassasiya qaydasında verilən şikayətlər əksər hallarda təmin olunmur” - Vəkillərdən ŞƏRHBu gün, 13:20Deputatdan TƏKLİF: “Təcili tibbi yardım helikopterləri alınsın”Bu gün, 12:54Azərbaycan cəmiyyəti işğalda olan kəndlərin azad ediləcəyinə inanır? - SORĞUBu gün, 12:41Şənbə günü hava necə olacaq?Bu gün, 12:38Ramazan bayramı günlərində Bakı-Qəbələ qatarları hər gün hərəkətdə olacaqBu gün, 12:28Qızıl və gümüşün bahalaşması davam edirBu gün, 12:21İctimai-iaşə obyektlərinin sahiblərinə çağırışBu gün, 12:15“N” hərbi hissəsində komanda-qərargah təlimi keçirilib - FOTOBu gün, 12:14Siyavuş Novruzov: “Bəzi şəxslər Azərbaycanda da terrorun olmasını istəyirdi”Bu gün, 12:02Azərbaycanda ötən gün 50 kiloqramdan artıq narkotik aşkarlanıbBu gün, 11:51FHN: Ötən sutka 39 yanğına çıxış olub, 57 nəfər təxliyə edilibBu gün, 11:39
Bütün xəbərlər