“Akademik Xoşbəxt Yusifzadə” tankeri suya salınıb - FOTO | 1news.az | Xəbərlər
Cəmiyyət

“Akademik Xoşbəxt Yusifzadə” tankeri suya salınıb - FOTO

Qafar Ağayev15:33 - 20 / 09 / 2021
“Akademik Xoşbəxt Yusifzadə” tankeri suya salınıb - FOTO

“Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-nin (ASCO) sifarişi ilə “Bakı Gəmiqayırma Zavodu” MMC-də (BGZ) inşa edilən “Akademik Xoşbəxt Yusifzadə” neftdaşıyan tankeri inşasının növbəti mərhələsinə qədəm qoyub. Bu məqsədlə gəmi zavodun tikinti-quraşdırma sahəsindən üzən dok üzərindən hidravlik arabacıqlar vasitəsilə suya salınıb.

ASCO-dan 1news.az-a bildirilib ki, 20 sentyabr “Neftçilər Günü”ndə baş tutan suyasalınma mərasimində ASCO-nun sədri Rauf Vəliyev, BGZ-nin baş meneceri İmanverdi Həsənovla yanaşı, hər iki qurumun əməkdaşları və Azərbaycan Dövlət Dəniz Akademiyasının əlaçı tələbələri iştirak ediblər.

ASCO sədri Rauf Vəliyev bildirib ki, tikintisinin növbəti mərhələsinin aparılması üçün suya salınan gəmiyə Prezident İlham Əliyevin 2020-ci il yanvarın 15-də imzaladığı Sərəncama uyğun olaraq neft sənayesinin canlı əfsanəsi, görkəmli neftçi-alim və geoloq, SOCAR-ın birinci vitse-prezidenti, akademik Xoşbəxt Yusifzadənin adı verilib. Bu, ASCO-nun sifarişi ilə Bakı Gəmiqayırma Zavodunda inşa olunan sayca üçüncü tankerdir. Bundan öncə Zavodda eyni tipli “Laçın” və “Kəlbəcər” tankerləri uğurla inşa edilərək, təhvil verilib.

Rauf Vəliyev qeyd edib ki, ümumilikdə son 8 ildə ASCO-nun donanmalarına 18 yeni gəmi əlavə olunub. Həmin gəmilərdən 10 ədədinin tikintisi üzrə sifariş Bakı Gəmiqayırma Zavodunda yerləşdirilib və bu istiqamətdə əməkdaşlıq bundan sonra da davam etdiriləcək. Bunun üçün həm xüsusi dövlət dəstəyi və qayğısı var, həm də kifayət qədər kadr potensialı mövcuddur. Sevindirici haldır ki, bu sahədə fəal rol oynayan çoxsaylı gənclər sırasında Azərbaycan Dövlət Dəniz Akademiyasının məzunları da yer alır.

Həm ASCO, həm də BGZ ailəsini gəminin suyasalınması münasibətilə təbrik edən sədr tikinti prosesində iştirak edən hər kəsə təşəkkürünü bildirib, onlara işlərində uğurlar arzulayıb.

Daha sonra çıxış edən BGZ-nin baş meneceri İmanverdi Həsənov yerli gəmiqayırma sənayesinin mövcud imkanlarından, eləcə də gələcək hədəflərdən danışıb. Qeyd edib ki, fəaliyyətini durmadan genişləndirən Zavod qarşıya qoyulan tapşırıqları vaxtında, yüksək peşəkarlıqla yerinə yetirir.

O vurğulayıb ki, ASCO ilə əməşdaşlıq çərçivəsində həyata keçirilən layihələr ölkəmiz üçün böyük əhəmiyyət kəsb edir. Ən əsası, inşa olunaraq təhvil verilən gəmilər hər birimizdə böyük iftixar, qürur hissi yaradır.

Tədbirdə “Akademik Xoşbəxt Yusifzadə” tankerinin parametrləri və texniki göstəriciləri barədə də ətraflı məlumat verilib. Bildirilib ki, gəminin konsepsiyası Odessa Dəniz Mühəndisliyi Bürosu və ASCO-nun təcrübəli mütəxəssisləri ilə birgə hazırlanıb. Volqa-Don MAX layihəsi olan gəmi maksimum yükgötürmə qabiliyyəti ilə Volqa-Don çayından keçmək imkanına malikdir. “Akademik Xoşbəxt Yusifzadə” tankerinin uzunluğu 141, eni 16.9, bortunun hündürlüyü isə 6 metrdir. 15 nəfərlik heyətlə idarə edilən gəmi saatda 10 uzel sürətlə hərəkət edə biləcək. Tanker xam neft və neft məhsulları daşınması üçün nəzərdə tutulmuş ümumi tutumu 9212 kub metr olan 6 yük çəninə malikdir. Dedveyti dənizdə 7,875 T və çayda 5,447 T olan gəmi hər biri 1,200 kW gücə malik iki ədəd “Wartsila” istehsalı mühərriklərlə təchiz edilib.

Çıxışlardan sonra “Akademik Xoşbəxt Yusifzadə” tankeri tikintisinin növbəti mərhələsinin davam etdirilməsi məqsədilə suya salınıb. Suya salınmaq üçün müvafiq düymə ADDA tələbələri və Zavod əməkdaşlarını tərəfindən sıxılıb.

Qeyd edək ki, tədbir çərçivəsində ADDA tələbələri Bakı Gəmiqayırma Zavodunun fəaliyyəti və burada tikilən yeni gəmilərlə yaxından tanış olublar.

Paylaş:
411

Son xəbərlər

Azərbaycanda maliyyə piramidası şəbəkəsi ifşa edilibBu gün, 18:05Binəqədi rayonunda mebel sexində baş verən yanğın məhdudlaşdırılıbBu gün, 17:26Dövlət sərhədini pozmağa cəhd göstərən 22 nəfər saxlanılıbBu gün, 17:06"Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi haqqında Əsasnamə” dəyişibBu gün, 16:26Baş Qərargah rəisi toplanışda iştirak edən komandir və rəis heyəti ilə görüşübBu gün, 15:57Toyuna hazırlaşan qız faciəvi şəkildə ölübBu gün, 15:24Azərbaycanda sağlamlıq turizminin inkişafında Naftalan neftinin rolu artırılır - SƏRƏNCAMBu gün, 14:55Xüsusi təyinatlılar təlimdə gecə şəraitində düşmən obyektinə qəfil basqın ediblərBu gün, 14:37“Dövlət informasiya ehtiyatlarının və sistemlərinin Nümunəvi Əsasnaməsi” təsdiq edilibBu gün, 14:14Xüsusi, hərbi, diplomatik rütbələrin və ixtisas dərəcələrinin qarşılıqlı uyğunlaşdırılması qaydası təsdiq edilib - FƏRMANBu gün, 13:53Prezident Çin Xalq Respublikasının Sədrini təbrik edibBu gün, 13:42Azərbaycan neftinin qiyməti 74 dollara düşübBu gün, 13:34Bu gün böyük yazıçı Mir Cəlal Paşayevin anım günüdürBu gün, 12:59Xəzər dənizi sahili boyu ərazilərdə havada toz müşahidə olunurBu gün, 12:36Əmtəə bazarlarında qızıl ucuzlaşmaqda davam edirBu gün, 12:25Bazar gününün hava proqnozuBu gün, 12:09Tərtərdə avtoxuliqanlıq edərək görüntülərini sosial şəbəkədə yayan şəxs saxlanılıbBu gün, 11:49DİN əməliyyatlar keçirib, 22 kiloqram narkotik aşkarlanıbBu gün, 11:39Mingəçevirdə dələduzluq edən şəxs saxlanılıbBu gün, 11:22Azərbaycan Respublikası Gənclər Təşkilatları Milli Şurası 27 Sentyabr - Anım Günü ilə bağlı silsilə tədbirlər keçiribBu gün, 11:03
Bütün xəbərlər