“Azərişıq” Kəlbəcərin küçələrinə işıq verib - VİDEO | 1news.az | Xəbərlər
Cəmiyyət

“Azərişıq” Kəlbəcərin küçələrinə işıq verib - VİDEO

Qafar Ağayev11:57 - 20 / 09 / 2021
“Azərişıq” Kəlbəcərin küçələrinə işıq verib - VİDEO

“Azərişıq” ASC Kəlbəcər rayonun mərkəzində daxili şəbəkə, küçə işıqlandırması və müxtəlif dövlət orqanlarının yerləşdiyi müvafiq tikililərdə elektrik enerji xətlərini bərpa edib.

“Azərişıq” ASC-dən 1news.az-a verilən məlumata görə, Kəlbəcərin elektrik enerjisi ilə təchizatını dayanıqlı və keyfiyətli etmək üçün əsaslı işlər görülür. 110 kV-lıq Kəlbəcər xəttinə elektrik enerjisi ötürəcək Daşkəsəndə yerləşən 110 kV-luq yeni “Daşkəsən” yarımstansiyası inşa edilir.

Həmçinin mənbə kimi istifadə olunacaq “Gəncə-2” yarımstansiyasından Daşkəsənə, 110 kV-luq “Daşkəsən” yarımstansiyasını qidalandıracaq yeni çəkilən 110 kV-luq elektrik verliş xəttinin dayaqlarının tikilməsi prossesi də davam edir. Bu xətt Azərbaycanda ən mürəkkəb və çətin relyeflərdən keçən yüksək gərginlikli xətt kimi tarixə düşə bilər. Xəttin keçdiyi dağlarda texnikanın rahat hərəkət etməsi üçün öncə yol çəkilib. İşlər gecə saatlarında da davam edir. Xətt boyu çəkilən yollar “Daşkəsən” yarımstansıyasınadək uzanır.

Əsas məqsəd Kəlbəcər rayonunu və həmçinin Daşkəsənin ucqar dağ kəndlərini dayanıqlı və kefiyyətli elelktrik enerjisi ilə təmin etməkdir. Kəlbəcər xəttinin üzərində 110 kV-luq yeni “Əhmədli” yarımstansiyasıda inşa olunub. Hansı ki, bu yarımstansiyadan çıxan və yeni inşa olunan 35 kV-luq “Zağalı” xətti Dankəsən rayonunun 30-dək ucqar dağ kəndini dayanıqlı və kefiyyətli elektrik enerjisi ilə təmin edəcək. İşlər yekunlaşmaq üzrədir.

Paylaş:
1069

Son xəbərlər

COP29 zamanı hücumlar - Azərbaycana qarşı qarayaxma kampaniyalarının uğursuzluğunun SƏBƏBLƏRİ - ŞƏRH23 / 11 / 2024, 23:08Naxçıvanın Dövlət Energetika Agentliyinin funksiyaları “Azərenerji” və “Azərişığ”a ötürüləcək23 / 11 / 2024, 17:52Emin Əmrullayev Azərbaycan basketbol millisinin üzvləri ilə görüşüb23 / 11 / 2024, 17:44Məktəbəhazırlıq qruplarının və 1-ci siniflərin yerdəyişmə prosesinə start verilir23 / 11 / 2024, 17:28KİV: COP29 nümayəndələri NCQG-ni ildə 300 milyard dollar məbləğində müəyyən etməyi planlaşdırır23 / 11 / 2024, 17:05Prezident müddətli həqiqi hərbi xidmətə çağırışla bağlı sərəncam imzalayıb23 / 11 / 2024, 16:31Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi sədrinə yeni müavinlər təyin olundu23 / 11 / 2024, 16:26Sumqayıtın ictimai-siyasi, sosial-iqtisadi və mədəni həyatında xidmətləri olan şəxslər təltif edilib23 / 11 / 2024, 16:24Xüsusi təyinatlı təhsil müəssisələrinin kursantlarına ödəmələrin verilməsi Qaydası təsdiqlənib23 / 11 / 2024, 15:57COP29 vaxtı enerji təminatı qüsursuz həyata keçirilib - “Azərenerji” - VİDEO23 / 11 / 2024, 15:35Temperatur 4-8 dərəcə aşağı enəcək - Hava xəbərdarlığı23 / 11 / 2024, 15:29Eksternat imtahanları üçün sənəd qəbulu başlayıb23 / 11 / 2024, 15:22Mehriban Ələkbərzadəyə Çingiz Aytmatov mükafatı təqdim olunub23 / 11 / 2024, 15:21Müdafiə naziri komandirlərin qarşısında konkret tapşırıqlar qoydu23 / 11 / 2024, 15:17Zakir Həsənov xidməti müşavirə keçirdi, tapşırıqlar verdi23 / 11 / 2024, 15:00COP29-da aksiya keçirildi - FOTO23 / 11 / 2024, 14:5070 kiloqram qızılla tutulan azərbaycanlı polkovnik-leytenant imiş - Adı AÇIQLANDI23 / 11 / 2024, 14:29FHN: Zəlzələ nəticəsində hər hansı dağıntı və ya insan xəsarəti barədə məlumat daxil olmayıb - YENİLƏNİB23 / 11 / 2024, 13:51Allahşükür Paşazadə BMT Sivilizasiyalar Alyansının 10-cu Qlobal Forumunda iştirak edəcək23 / 11 / 2024, 13:23COP29 zolaqları noyabrın 25-dən qüvvədən düşəcək23 / 11 / 2024, 13:19
Bütün xəbərlər