Karantin qaydalarını pozan restoran aşkarlandı, 8 nəfər saxlanıldı - FOTO | 1news.az | Xəbərlər
Cəmiyyət

Karantin qaydalarını pozan restoran aşkarlandı, 8 nəfər saxlanıldı - FOTO

Qafar Ağayev12:32 - 20 / 09 / 2021
Karantin qaydalarını pozan restoran aşkarlandı, 8 nəfər saxlanıldı - FOTO

Qusarda karantin rejimi qaydalarına zidd olaraq, müəyyən edilmiş vaxtdan sonra fəaliyyət göstərən iaşə obyekti aşkarlanıb.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Quba regional qrupundan 1news.az-a verilən məlumata görə, verilən məlumata görə Qusar RPŞ-nin əməkdaşlarının keçirdiyi müvafiq tədbirlərlə “ALİNA” şadlıq evində məclis təşkil edildiyi və xüsusi karantin rejimi qaydalarını pozaraq müəyyən olunmuş vaxtdan sonra fəaliyyət göstərməsi aşkar edilmişdir. Ümumilikdə 8 nəfər saxlanılaraq barələrində qanunvericiliyə uyğun tədbirlər görülüb.

Paylaş:
371

Son xəbərlər

Bütün xəbərlər