MM-də işğaldan azad olunan ərazilərdə aqrar vəziyyət müzakirə olunacaq | 1news.az | Xəbərlər
Cəmiyyət

MM-də işğaldan azad olunan ərazilərdə aqrar vəziyyət müzakirə olunacaq

14:49 - 21 / 09 / 2021
MM-də işğaldan azad olunan ərazilərdə aqrar vəziyyət müzakirə olunacaq

Bu gün Milli Məclisin Aqrar siyasət komitəsinin iclası keçirilib.

Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən verilən xəbərə görə, komitənin sədri Tahir Rzayev gündəlik barədə məlumat verib. Bildirilib ki, gündəliyə iki məsələ - Milli Məclisin 2021-ci ilin yaz və növbədənkənar sessiyaları dövründə Aqrar siyasət komitəsində görülən işlər barədə hesabat və komitənin 2021-ci il payız sessiyası üçün iş planının layihəsi daxil edilib.

2021-ci ilin yaz və növbədənkənar sessiyaları dövründə Aqrar siyasət komitəsində görülən işlər barədə məlumat verib.

Tahir Rzayev Milli Məclisin Aqrar siyasət komitəsinin 2021-ci il payız sessiyası üçün iş planı haqqında bildirib ki, komitəyə daxil olacaq qanun layihələri ilə yanaşı, qarşıdakı sessiyada “Qida təhlükəsizliyi haqqında” qanun layihəsinin müzakirəyə çıxarılması nəzərdə tutulub. Eyni zamanda, işğaldan azad olunan ərazilərdə aqrar vəziyyətlə tanışlıq, aqrar sahənin inkişafı üçün vacib məsələlərin müzakirəsi, ilin yekununda Kənd Təsərrüfatı Nazirliyinin iştirakı ilə aqrar sahədə işlərin gedişi ilə əlaqədar dinləmələrin keçirilməsi planlaşdırılıb.

Sonra deputatlardan Eldar İbrahimov, Cavanşir Paşazadə, Novruzəli Aslanov, Azər Badamov, Aydın Hüseynov müzakirə olunan məsələlərlə bağlı çıxış ediblər. Vurğulanıb ki, hesabat dövründə dövlət başçısının uzaqgörən daxili və xarici siyasətinin, xüsusən də həyata keçirilən islahatların qanunvericilik bazasının yaradılması ilə bağlı mühüm qərarlar və qanunlar qəbul olunub. Qeyd olunub ki, komitə üzvləri öz seçiciləri ilə xüsusi karantin rejiminin tələblərinə uyğun daimi əlaqə saxlayıblar, şəhid ailələri ilə, qazilərlə görüşüblər, onların problemləri ilə yaxından maraqlanıblar.

İclasda Aqrar siyasət komitəsi sədrinin müavini Sabir Hacıyev, deputatlar İqbal Məmmədov və Emin Hacıyev də iştirak ediblər.

1news.az

Paylaş:
237

Son xəbərlər

İki ali məktəbə prorektor təyin edilib28 / 03 / 2024, 17:58Himayədar ailə olma zamanı tibbi müayinə pulsuz olacaq28 / 03 / 2024, 17:51Qubanın bir hissəsinin qaz təchizatında fasilə yaranacaq28 / 03 / 2024, 17:466 aylıq körpə bacısının dırnağını ağzına saldı, xəstəxanalıq oldu28 / 03 / 2024, 17:37Əməkdar artist Rahib Əliyev vəfat edib28 / 03 / 2024, 17:28CAR lideri Prezident İlham Əliyevi təbrik edib28 / 03 / 2024, 17:21Taksilərlə bağlı tələblər müəyyənləşdi - 15 il, kamera, “avro-5”, elektrik mühərrikli - ŞƏRTLƏR28 / 03 / 2024, 16:47Bakı ətrafında dəmir yolu ilə sərnişindaşımaya subsidiya verilməsi qaydaları təsdiqlənib28 / 03 / 2024, 16:34Taksi minik avtomobilləri ağ və ya qırmızı rənglərdə olacaq28 / 03 / 2024, 16:21Builki bayram günlərində yol qəzalarında ölüm faktı 36 faiz azalıb28 / 03 / 2024, 16:06“Azərbaycan Sənaye Bankı” tələbləri pozdu, AMB məcburi sərəmcam verdi28 / 03 / 2024, 15:57FHN və ADY birgə təlim keçirib - FOTO - VİDEO28 / 03 / 2024, 15:34Vilayət Eyvazov Şamaxıda vətəndaşları qəbul edib28 / 03 / 2024, 15:18Bayram günlərində “Azərpoçt”un xidmətlərindən 400 mindən çox vətəndaş istifadə edib28 / 03 / 2024, 15:08“YAŞAT” Fondu müharibə əlilinə dəstək verib28 / 03 / 2024, 14:36“Azərişıq” Göyçayda yenidənqurma işlərinə başlayıb - VİDEO28 / 03 / 2024, 14:30Ekspert taksi islahatlarından danışdı: Birdən-birə 40 min nəfəri işsiz qoymaq doğru deyil28 / 03 / 2024, 14:29Könül Nurullayeva: “ABŞ-Ermənistan-Avropa İttifaqı hərbi paktı regionda sabitliyə, sülhə qarşı yönəlib”28 / 03 / 2024, 14:13Azərbaycanda 23 yeni narkotik vasitə qadağan edilmiş maddələrin siyahısına əlavə olundu28 / 03 / 2024, 13:23Bakı şəhər “Lifttəmir” İB-nin direktoruna şiddətli töhmət verilib, 2 nəfər vəzifəsindən kənarlaşdırılıb28 / 03 / 2024, 13:10
Bütün xəbərlər