Prokurorluq Ağdamda mülki şəxsin minaya düşməsi barədə məlumat yaydı – FOTO | 1news.az | Xəbərlər
Cəmiyyət

Prokurorluq Ağdamda mülki şəxsin minaya düşməsi barədə məlumat yaydı – FOTO

S.Xankişiyeva10:02 - 21 / 09 / 2021
Prokurorluq Ağdamda mülki şəxsin minaya düşməsi barədə məlumat yaydı – FOTO

Prokurorluq Ağdamdakı mina partlayışı ilə bağlı məlumat yayıb.

1news.az-a rayon prokurorluğundan daxil olan məlumatda deyilir:

"21 sentyabr 2021-ci il tarixdə saat 01 radələrində Ağdam rayonunun Qərvənd kəndi ərazisində təmir işləri aparan zaman “Körpü-Bina-Tikinti” MMC-yə məxsus ekskovator yükləyici traktor ilə sürücü 1972-ci il təvəllüdlü Zəfər Ağayevin tank əleyhinə minaya düşməsi nəticəsində müxtəlif dərəcəli bədən xəsarəti alıb.

Prokurorluq əməkdaşları tərəfindən hadisə yerinə baxış keçirilib, məhkəmə-tibb ekspertizası təyin edilib, digər prosessual hərəkətlər yerinə yetirilib.

Faktla bağlı Ağdam Rayon Prokurorluğunda araşdırma aparılır".

Paylaş:
454

Son xəbərlər

Bütün xəbərlər