Bakıda köhnə binanın eyvanı yeni tikilən digər binanın içərisində qaldı - VİDEO | 1news.az | Xəbərlər
Cəmiyyət

Bakıda köhnə binanın eyvanı yeni tikilən digər binanın içərisində qaldı - VİDEO

S.Xankişiyeva09:57 - 22 / 09 / 2021
Bakıda köhnə binanın eyvanı yeni tikilən digər binanın içərisində qaldı - VİDEO

Paytaxtın Səbail rayonunda tikilən yeni bina görənləri heyrətə gətirir. Səbəb isə köhnə binanın eyvanının yeni tikilən binanın içərisində olmasıdır.

Burada həm təhlükəsizlik qaydaları, həm də tikinti şərtləri kobud şəkildə pozulub və tikili sakinlər üçün potensial təhlükə mənbəyinə çevrilib.

1news.az-ın xezerxeber.az-a istinadla verdiyi xəbərə görə, söhbət Səbail rayonu, Rastrapoviç küçəsindən gedir.

Buradakı üçmərtəbəli köhnə bina sovet dövründə tikilib. Təxminən 10 il öncə "Axundov Residence" adlı MTK tərəfindən burda 13 mərtəbəli yeni bina inşa edilməyə başlanıb. Əvvəlcə yeraltı qaraj adı ilə tikintiyə başlansa da, sonradan bu, çoxmərtəbəli binaya çevrilib.

Zemfira Məmmədova deyir ki, tikinti aparılan zaman bütün daş, qum, sement onların pəncərələrinə tökülür. Eyvanın qarşısındakı armaturlar isə potensial təhlükədir. Çünki külək zamanı eyvandan asılan paltarlar dəmir armaturlara ilişir. Ən qəribəsi isə binanın 2 balkonunun təzə tikilinin içərisində qalmasıdır.

Eyni problemi qonşu mənzilin sahibi Dinar Rəsulova da yaşayır. O da balkonundan istədiyi kimi istifadə edə bilmir.

Bir neçə ildir ki, binanın tikintisi dayandırılıb. Səbəbsə vəsaitin olmamasıdır. Biz də tikintinin aparıldığı binaya yaxınlaşdıq. Məsul şəxslərlə görüşüb vəziyyəti aydınlaşdırmağa çalışsaq da, suallarımıza cavab tapa bilmədik.

Sakinlər vəziyyətlə bağlı Səbail Rayon İcra Hakimiyyətinə də müraciət ediblər. Səbail Rayon İcra Hakimiyyətindən "Xəzər Xəbər"ə bildirilib ki, sakinlərin şikayəti dinlənilib, məsələ araşdırılır. Bununla bağlı müvafiq qurumlara müraciət ünvanlanacaq.

Paylaş:
505

Son xəbərlər

COP29 zamanı hücumlar - Azərbaycana qarşı qarayaxma kampaniyalarının uğursuzluğunun SƏBƏBLƏRİ - ŞƏRH23 / 11 / 2024, 23:08Naxçıvanın Dövlət Energetika Agentliyinin funksiyaları “Azərenerji” və “Azərişığ”a ötürüləcək23 / 11 / 2024, 17:52Emin Əmrullayev Azərbaycan basketbol millisinin üzvləri ilə görüşüb23 / 11 / 2024, 17:44Məktəbəhazırlıq qruplarının və 1-ci siniflərin yerdəyişmə prosesinə start verilir23 / 11 / 2024, 17:28KİV: COP29 nümayəndələri NCQG-ni ildə 300 milyard dollar məbləğində müəyyən etməyi planlaşdırır23 / 11 / 2024, 17:05Prezident müddətli həqiqi hərbi xidmətə çağırışla bağlı sərəncam imzalayıb23 / 11 / 2024, 16:31Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi sədrinə yeni müavinlər təyin olundu23 / 11 / 2024, 16:26Sumqayıtın ictimai-siyasi, sosial-iqtisadi və mədəni həyatında xidmətləri olan şəxslər təltif edilib23 / 11 / 2024, 16:24Xüsusi təyinatlı təhsil müəssisələrinin kursantlarına ödəmələrin verilməsi Qaydası təsdiqlənib23 / 11 / 2024, 15:57COP29 vaxtı enerji təminatı qüsursuz həyata keçirilib - “Azərenerji” - VİDEO23 / 11 / 2024, 15:35Temperatur 4-8 dərəcə aşağı enəcək - Hava xəbərdarlığı23 / 11 / 2024, 15:29Eksternat imtahanları üçün sənəd qəbulu başlayıb23 / 11 / 2024, 15:22Mehriban Ələkbərzadəyə Çingiz Aytmatov mükafatı təqdim olunub23 / 11 / 2024, 15:21Müdafiə naziri komandirlərin qarşısında konkret tapşırıqlar qoydu23 / 11 / 2024, 15:17Zakir Həsənov xidməti müşavirə keçirdi, tapşırıqlar verdi23 / 11 / 2024, 15:00COP29-da aksiya keçirildi - FOTO23 / 11 / 2024, 14:5070 kiloqram qızılla tutulan azərbaycanlı polkovnik-leytenant imiş - Adı AÇIQLANDI23 / 11 / 2024, 14:29FHN: Zəlzələ nəticəsində hər hansı dağıntı və ya insan xəsarəti barədə məlumat daxil olmayıb - YENİLƏNİB23 / 11 / 2024, 13:51Allahşükür Paşazadə BMT Sivilizasiyalar Alyansının 10-cu Qlobal Forumunda iştirak edəcək23 / 11 / 2024, 13:23COP29 zolaqları noyabrın 25-dən qüvvədən düşəcək23 / 11 / 2024, 13:19
Bütün xəbərlər