Evində narkotik gizlədən Göyçay sakini saxlanılıb | 1news.az | Xəbərlər
Cəmiyyət

Evində narkotik gizlədən Göyçay sakini saxlanılıb

Qafar Ağayev13:06 - 23 / 09 / 2021
Evində narkotik gizlədən Göyçay sakini saxlanılıb

Göyçay Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən narkotiklərin qanunsuz dövriyyəsinə qarşı əməliyyat tədbiri keçirilib.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şəki regional qrupundan 1news.az-a verilən məlumata görə, Göyçay şəhər sakini, əvvəllər də eyni əmələ görə məhkum olunan Adil İsgəndərovun yaşadığı ünvanda narkotik vasitə gizlətməsi barədə polisə əməliyyat məlumatı daxil olub. Keçirilən tədbir zamanı o, şübhəli şəxs qismində saxlanılıb və yaşadığı ünvandan 465 qram qurudulmuş marixuana aşkarlanaraq maddi sübut kimi götürülüb.

Faktla bağlı araşdırma aparılır.

Paylaş:
448

Son xəbərlər

Bütün xəbərlər