Gürcü bloger: “Gəncədə gördüyüm dağıntıları heç vaxt unutmayacam” | 1news.az | Xəbərlər
Cəmiyyət

Gürcü bloger: “Gəncədə gördüyüm dağıntıları heç vaxt unutmayacam”

11:57 - 23 / 09 / 2021
Gürcü bloger: “Gəncədə gördüyüm dağıntıları heç vaxt unutmayacam”

“Ömrümdə ilk dəfə müharibənin gətirdiyi faciəyə bu qədər yaxın gəlmişəm. Müharibənin özündə də bir etika olmalıdır. Mülki şəxslər müharibədən əziyyət çəkməməlidir. Mənim bu gün hiss etdiklərimi heç kimin bir daha hiss etməsini istəmirəm”.

1news.az-ın APA-ya istinadən verdiyi xəbərə görə, bunu gürcüstanlı bloger Nina Berdzenava Ermənistanın Gəncəyə raket atəşi nəticəsində dağılmış yerlərə baş çəkərkən deyib.

O bildirib ki, mülkin insanların, xüsusilə də uşaqların əzab, iztirab çəkməsi dünyanın heç bir yerində qəbul oluna bilməz: “Keçirdiyim hissləri, emosiyaları ifadə etməkdə çətinlik çəkirəm. Çox təəssüf ki, bu əməllərin hesabını dinc əhali ödəyir. 2008-ci ildə bizdə də müharibə oldu, bizim də dinc sakinləri bombaladılar. Lakin mən onda faciə yerinə bu qədər yaxın gedə bilməmişdim. Bu gün gördüklərimi isə heç vaxt unutmayacam, tez-tez xatırlayacam. Burda həlak olan insanların xatirəsini yad edirik. Ümid edirik ki, bunlar bir daha təkrarlanmayacaq”.

Gəncəni atəşə tutanlara üz tutan gürcü bloger vurğulayıb ki, dinc insanları öldürüb bununla rahat yaşamaq çox çətindir: “Törədəcəyin əməlin dinc insanların ölümünə səbəb olacağını bilə-bilə bunu etmək heç cür qəbul oluna bilməz. Mən bunların baş verdiyi dünyada yaşamaq istəmirəm. Ona görə də heç kimlə heç vaxt belə davranmaq olmaz. Əksinə, bir-birinin qayğısına qalmaq, sevmək, öldürməmək lazımdır”.

1news.az

Paylaş:
226

Son xəbərlər

Bakıda növbəti ümumşəhər iməciliyi keçirilib - YENİLƏNİBBu gün, 18:02Bakıda taxta bazarı yanır, əraziyə polislər cəlb olunub - YENİLƏNİBBu gün, 17:40İcma: G7-nin açıq-aşkar ayrı-seçkiliyə yol verməsi insan hüquqlarına ziddirBu gün, 17:25Cavanşir Məmmədov dəfn olunub - YENİLƏNİB 1Bu gün, 16:41Ceyhun Bayramov İran səfirini diplomatik fəaliyyətinin başa çatması münasibətilə qəbul edibBu gün, 16:39Səfir: TDT-nin əsas məqsədi türk dövlətləri arasında əlaqələrin inkişaf etdirilməsidirBu gün, 16:06Ceyhun Bayramov İran səfirini diplomatik fəaliyyətinin başa çatması münasibətilə qəbul edibBu gün, 15:47FHN tərəfindən silsilə maarifləndirmə tədbirləri keçirilibBu gün, 15:32Bakıda daha bir müntəzəm marşrut xətti "BakuBus"a verilibBu gün, 15:15Gəncədə yanan ev söndürülüb - YENİLƏNİBBu gün, 14:56Bakıda gömrükçülər xeyli miqdarda aksiz markasız siqaretlər aşkar ediblərBu gün, 14:20Dünya bazarlarında neft bahalaşıbBu gün, 13:49Müdafiə naziri Quru Qoşunlarının rəhbər heyəti ilə görüşübBu gün, 13:35TƏBİB Cavanşir Məmmədovun ölümü ilə bağlı məlumat yayıb - YENİLƏNİBBu gün, 13:20Zakir Həsənov Qarabağdan çıxan Rusiya sülhməramlılarına lazımi texniki dəstəyin göstərilməsi tapşırığını veribBu gün, 13:03Beynəlxalq axtarışda olan daha bir şəxs Azərbaycana ekstradisiya edilibBu gün, 12:45FHN Lənkəranda qanunsuz tikililəri sökübBu gün, 12:40Sabunçuda 34 yaşlı kişi qətl edilibBu gün, 12:14“Həmin gün...” musiqili-poeziya gecəsində - FOTOBu gün, 12:00Sabah hava necə olacaq? - PROQNOZBu gün, 11:53
Bütün xəbərlər