Prezidendən İrana: “Dost və qardaş saydığın ölkəyə qarşı nümayişkaranə şəkildə belə hörmətsizlik edirsən?” | 1news.az | Xəbərlər
Cəmiyyət

Prezidendən İrana: “Dost və qardaş saydığın ölkəyə qarşı nümayişkaranə şəkildə belə hörmətsizlik edirsən?”

Qafar Ağayev17:25 - 27 / 09 / 2021
Prezidendən İrana: “Dost və qardaş saydığın ölkəyə qarşı nümayişkaranə şəkildə belə hörmətsizlik edirsən?”

“Avqustun 11-dən sentyabrın 11-dək yenə də İrandan gələn 60-a yaxın TIR qanunsuz olaraq Qarabağa hərəkət edib. Bunun qabağını almaq üçün biz əməli, praktiki addımlara keçdik”.

1news.az xəbər verir ki, bunu Azərbaycan Prezidenti İlham Əliyev Türkiyənin "Anadolu" agentliyinə müsahibəsində deyib.

“Bizim davranışımız və addımlarımız məsuliyyətlidir, dostluq əlaqələrinə əsaslanandır. Birinci dəfə şifahi xəbərdarlıq etdik, ikinci dəfə rəsmi nota verdik, üçüncü dəfə gömrük, sərhəd, polis postları qurduq. Beləliklə, biz Ermənistan ərazisindən keçən və Azərbaycan ərazisindən keçən yola artıq nəzarət etməyə başladıq və ondan sonra Qarabağa gedən TIR -larin sayı sıfıra endi. Baxın, buna gətirib çıxartmaq lazım idi? İndi orada - Rusiya sülhməramlı qüvvələrinin nəzarəti altında olan Qarabağ bölgəsində cəmi 25 min adam yaşayır.

Bu bazar o qədər önəmlidir? O ticarət o qədər önəmlidir ki, dost və qardaş saydığın ölkəyə qarşı nümayişkaranə şəkildə belə hörmətsizlik edirsən? Əlbəttə, biz beynəlxalq konvensiyalarda və beynəlxalq hüquqda təsbit edilmiş bütün imkanlardan istifadə etdik. Bəziləri deyirlər ki, İran TIR-larından rüsum alınır. Biz indi xarici ölkəyə gedəndə rüsum ödəyirikmi? Ödəyirik. Onlar Azərbaycan ərazisindən istifadə edirlərsə, rüsum ödəməlidirlər? Ödəməlidirlər”, - Prezident vurğulayıb.

Paylaş:
382

Son xəbərlər

Bütün xəbərlər