“Qabiliyyətsiz idarəçilərin subyektiv təsirləri təhsilimizi çökdürəcək!” - Deputatdan SƏRT AÇIQLAMA | 1news.az | Xəbərlər
Cəmiyyət

“Qabiliyyətsiz idarəçilərin subyektiv təsirləri təhsilimizi çökdürəcək!” - Deputatdan SƏRT AÇIQLAMA

11:29 - 27 / 09 / 2021
“Qabiliyyətsiz idarəçilərin subyektiv təsirləri təhsilimizi çökdürəcək!” - Deputatdan SƏRT AÇIQLAMA

"Biz indi sosial şəbəkədə hansı dildə təhsil alınmasının zərərindən, xeyrindən danışıb müzakirə edirik. Ancaq pandemiyanın obyektiv, qabiliyyətsiz idarəçilərin isə subyektiv təsirləri təhsilimizi elə çökdürəcək ki, bir azdan "hansı dildə olursa olsun, təki elementar səviyyədə təhsil olsun!" tələbini səsləndirməli olacağıq".

1news.az xəbər verir ki, bunu Milli Məclisin deputatı Fazil Mustafa sosial media hesabında yazıb.

Millət vəkili daha sonra əlavə edib ki, yeni təyin olunan məktəb direktorlarının kimliyi və qohumluq, dostluq, katib və katibəlik əlaqələri ilə tanış olduqca hansı ilğıma doğru sürükləndiyimizi daha aydın görürsən:

“Əlbəttə, bu təyinatlarda hazırlıqlı və qabiliyyətli insanların az da olsa varlığı adama təsəlli verir, ancaq məktəb infrastrukturunda dərinləşən xaos bütün cəmiyyət üzvlərini ciddi narahat etməlidir. Bu mövzuda konkret faktlarla Milli Məclisdə fikirlərimi səsləndirəcəyimə görə, burada sadəcə ayrıca bir məsələ ilə bağlı mənə edilən müraciət üzərindən bir real mənzərəni çatdırmaq istəyirəm. İsmayıllı rayonu Quşençə kənd məktəbinə vəfat etmiş direktorun yerinə təyinat olunmayıb. Təyin olunanlar da gəlib məktəbin durumunu görəndən sonra qaçıb gedirlər. Çünki qışda paltosuz dərs keçmək mümkün deyil. Əl yumağa su qıtlığı da var. Məktəbin şagirdlərinin müəyyən hissəsini təhsil şəraitinin keyfiyyətsiz olduğunu görərək valideynləri övladlarını burada çıxarıb rayon mərkəzindəki məktəbə oxumağa göndərirlər. Bu da onsuz da kasıb olan kənd əhalisi üçün əlavə məsrəf deməkdir.

Dərs saatları olduğu vaxtda analıq məzuniyyətinə çıxmış təcrübəli bir müəllimə indi məktəbə geri dönür və bildirirlər ki, sənə dərs verilməyəcək. İndi bu müəllimə məhkəməyə müraciət etmək istəyir, ancaq vəkilə ödəməyə pulu olmadığına görə məndən bir millət vəkili kimi maddi kömək istəyir. Bir təcrübəli müəllimənin itkisini və bunun ağır nəticəsini anlayacaq qafanı görmədiyimə görə rəsmi qaydada hansısa ünvana bu şikayəti göndərməyi də artıq hesab edirəm. Məktəbə təkcə Bakıdan baxmaq lazım deyil, həm də kəndlərin içindən baxmaq lazımdır. O halda real mənzərə gözünüz önündə daha aydın canlanacaq", - deyə Fazil Mustafa bildirib.

Aytən Sakitqızı

Paylaş:
272

Son xəbərlər

Hesablama Palatasının builki hesabatında Dayanıqlı İnkişaf Məqsədləri prioritetləşdiBu gün, 14:55Bakı Fransız Liseyi fəaliyyətini dayandırır - FOTOBu gün, 14:45Bakı aeroportu yenidən “Skytrax” mükafatına layiq görülübBu gün, 14:41"Təfəkkür” Universitetinin prorektorunun qətlində təqsirləndirilən şəxslərdən ikisi son söz deyibBu gün, 14:35Zərərçəkmiş şəxsin razılığı olmadan onun fotosunu mediaya təqdim edənlər cəzalandırılacaqlarBu gün, 14:12Xəzər dənizində tikinti üçün süni torpaq sahələri yaradılacaqBu gün, 13:51Vaksinasiyadan kənarda qalan uşaqlara peyvənd vurulması barədə əmr imzalanıbBu gün, 13:34Sumqayıtda qanunsuz tikili sökülüb - VİDEOBu gün, 13:182024-2025-ci tədris ili üçün “Heydər Əliyev adına Beynəlxalq Təhsil Qrantı” elan edilirBu gün, 12:59Məleykə Abbaszadədən gənclərə çağırış: “Ali məktəbə qəbul olmaq üçün yalnız bal toplamaq kifayət etmir”Bu gün, 12:5430 dərəcə isti olacaq - Sabahın HAVASIBu gün, 12:40Azərbaycan Mərkəzi Bankı ilə Visa arasında əməkdaşlıq imkanları müzakirə edilibBu gün, 12:32Məzahir Pənahov parlament seçkilərini müşahidə etmək üçün Maldivə gedirBu gün, 12:27Xocavənddə fermada xeyli sayda partlayıcı qurğu və maddə aşkarlanıbBu gün, 12:20Deputat: “ABŞ sülhməramlı missiyanın çıxmasını alqışlamalı, Azərbaycanı təbrik etməli idi”Bu gün, 11:53FHN: Ötən sutka 4 nəfər xilas edilibBu gün, 11:51Türkiyənin Azərbaycandakı səfirliyinə yeni mətbuat müşaviri təyin olunubBu gün, 11:33“Xəzər səması-2024”birgə taktiki təlimi keçirilib - VİDEOBu gün, 11:20Baş prokuror Ağdaşda vətəndaşları qəbul edəcəkBu gün, 11:06Fransanın növbəti diplomatları qovulub - “Observer Online” yazırBu gün, 10:58
Bütün xəbərlər