“İşğaldan azad olunmuş ərazilərimizdə həyat yenidən canlanacaq”- Deputat Prezidentin qətiyyətli addımından danışdı | 1news.az | Xəbərlər
Cəmiyyət

“İşğaldan azad olunmuş ərazilərimizdə həyat yenidən canlanacaq”- Deputat Prezidentin qətiyyətli addımından danışdı

12:46 - 28 / 09 / 2021
“İşğaldan azad olunmuş ərazilərimizdə həyat yenidən canlanacaq”- Deputat Prezidentin qətiyyətli addımından danışdı

“Mən bunu demişəm və bir daha deyirəm, əgər biz görsək ki, erməni faşizmi baş qaldırır, əgər biz görsək ki, xalqımıza, dövlətimizə yeni təhlükə mənbəyi yaranır, heç tərəddüd etmədən erməni faşizminin başını bir daha əzəcəyik”.

1news.az xəbər verir ki, bunu ötən gün şəhidlərimizin Anım Günü ilə bağlı Azərbaycan xalqına müraciət edən prezident İlham Əliyev deyib. Ali Baş Komandanın bu fikirləri heç şübhəsiz ki, təkcə Ermənistan hakimiyyətinə deyil, bu hakimiyyəti yönəldənlərə də subniminal mesajdır. Necə ki, müharibədən öncə “Azərbaycan xalqı heç vaxt işğalla barışmayacaq, nəyin bahasına olursa-olsun, biz öz torpaqlarımızı geri qaytaracağıq, düşmən öz xoşu ilə torpaqlarımızdan çıxmasa, biz onu torpaqlarımızdan qovacağıq”demişdi və qovdu da. Ali Baş Komandanın rəhbərliyi ilə Azərbaycan Ordusu 44 gün ərazində torpaqlarımızı işğalçılardan təmizlədi. Azərbaycan xalqı Ali Baş Komandanın iradəsinə və ordumuzun gücünə inandığlı üçün hələ müharibənin ilk günlərində əmin idi ki, torpaqlarımız özümüzə qaytarılacaq.

Pünhan Əlili-sakin: “Müharibə başlayanda mən əminidim ki, biz qələbə qazanacağıq. Çünki gedişat bunu göstərirdi”

Elpay Məmmədov-sakin: “Mənim 75 yaşım var, amma inanın ki, nece uça-uça getmək istəyirdim müharibəyə. Şərtlər buna icazə verməsə də, bu müharibədə Şuşamın və digər torpaqlarımıazın qaytarılacağına adım kimi əmin idim”

Gülçöhrə İsmayılova-sakin: “Mən hislərimdə heç vaxt yanılmıram. O ki, prezident Ermənistana “dəmir yumruq” göstərdi, ordumuz irəli getdi, dedim vəsssalam artıq işğaqldan azad olunacaq torpaqlarımız.Elə belə də oldu”

Milli Məclisin deputatı Vüqar Bayramov da 1news.az-a açıqlamasında 44 günlük Vətən müharibəsində Ali Baş Komandanın qətiyyətli çıxışlarına və Azərbaycan Ordusunun gücünə inanaraq, torpaqlarımızın tez bir zamanda özümüzə qaytarılacağına inandığını bildirdi:

“Müharibənin ilk günü əmin idik ki, torpaqlarımız tezliklə işğaldan azad olunacaq. Müzəffər Ali Baş Komandanın rəhbərliyi ilə şanlı Azərbaycan ordusu uzun müddət işğal altında qalan torpaqları 44 gün ərzində işğaldan azad etdi.İnşallah tezliklə həyat və gülüş işğaldan azad olunmuş ərazilərimizə yenidən qayıdacaq.Allah bütün şəhidlərimizə rəhmət etsin.

Qarabağ Azərbaycandır!”.

Aytən Sakitqızı

Paylaş:
336

Son xəbərlər

Bütün xəbərlər