“Teatrlar yeni mövsümə necə hazırlaşır?” – “Çıxışa doğru”da MÜZAKİRƏ | 1news.az | Xəbərlər
Cəmiyyət

“Teatrlar yeni mövsümə necə hazırlaşır?” – “Çıxışa doğru”da MÜZAKİRƏ

19:33 - 29 / 09 / 2021
“Teatrlar yeni mövsümə necə hazırlaşır?” – “Çıxışa doğru”da MÜZAKİRƏ

İki ilə yaxındır ölkədə pandemiya səbəbi ilə mədəniyyət müəsissələrinin əksəriyyəti fəaliyyətini dayandırmışdı.

Sentyabrın 24-də Nazirlər Kabineti yanında Operativ Qərargahın qərarı ilə oktyabrın 1-dən ümumi tutumunun 50 faizindən çox olmamaq şərtilə mədəniyyət obyektlərinin (konsert zalları daxil olmaqla), eləcə də kinoteatrların, teatrların, fəaliyyəti bərpa ediləcək.

Maraqlıdır, 17 aydan sonra teatrlar yeni mövsümə necə hazırlaşır, tamaşaçılar uzun zamandan sonra teatrda hansı yeniliklərə şahid olacaq, premyeralar gözlənilirmi?

1News-un məlumatına görə, AzTV-nin “Çıxışa doğru” verilişində “Teatrlar yeni mövsümə necə hazırlaşır?” mövzusunda aparılan müzakirələr zamanı bu barədə ətraflı danışılıb. Verilişin qonaqları – teatrşünas, sənətşünaslıq üzrə fəlsəfə doktoru Elçin Cəfərov, Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının quruluşçu rejissoru və aktyoru, əməkdar artist Nicat Kazımov, aktyor, rejissor, əməkdar artist Nofəl Vəliyev və yazıçı dramaturq Ülviyyə Heydərova mövzu ətrafında müzakirə aparıblar.

“Çıxışa doğru” verilişini bütöv şəkildə Azərbaycan Televiziyasının “YouTube” kanalından izləyə bilərsiniz:

Paylaş:
284

Son xəbərlər

Bütün xəbərlər