Ombudsman Səbinə Əliyeva Bolqarıstanda bir sıra görüşlər keçirib | 1news.az | Xəbərlər
Cəmiyyət

Ombudsman Səbinə Əliyeva Bolqarıstanda bir sıra görüşlər keçirib

Qafar Ağayev09:31 - 29 / 09 / 2021
Ombudsman Səbinə Əliyeva Bolqarıstanda bir sıra görüşlər keçirib

Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Səbinə Əliyevanın rəhbərlik etdiyi nümayəndə heyəti Bolqarıstana səfər çərçivəsində bir sıra qurumlarda tədbirlərdə iştirak edib.

Ombudsman Aparatından 1news.az-a verilən məlumata görə, ombudsman əvvəlcə Bolqarıstanın Ayrı-seçkiliyə qarşı müdafiə üzrə komissiyasının üzvləri ilə görüş keçirib. Görüş zamanı təsisatların fəaliyyət istiqamətləri barəsində qarşılıqlı müzakirə aparılıb. Ombudsman Səbinə Əliyeva komissiya üzvlərinə Vətən müharibəsi dövründə beynəlxalq humanitar hüququn pozulması faktlarının araşdırılması ilə bağlı həyata keçirilmiş fəaliyyət, o cümlədən faktaraşdırıcı missiyalar, hazırlanmış hesabatlar barədə ətraflı məlumat verib.

Səfər çərçivəsində Səbinə Əliyevanın Bolqarıstan ombudsmanı Diana Kovaçeva ilə də görüşü baş tutub. Ombudsmanlar təsisatlar arasında qarşılıqlı əlaqələr, habelə gələcək əməkdaşlıq perspektivlərini müzakirə ediblər.

Daha sonra ombudsman Bolqarıstanın Kitabxanaçılıq Tədqiqatları və İnformasiya Texnologiyaları Universitetində olub, professor-müəllim heyəti ilə görüş keçirib. Ombudsman iştirakçılara təsisatın fəaliyyəti barədə məlumat verib və ona ünvanlanmış sualları cavablandırıb.

Paylaş:
490

Son xəbərlər

COP29 zamanı hücumlar - Azərbaycana qarşı qarayaxma kampaniyalarının uğursuzluğunun SƏBƏBLƏRİ - ŞƏRH23 / 11 / 2024, 23:08Naxçıvanın Dövlət Energetika Agentliyinin funksiyaları “Azərenerji” və “Azərişığ”a ötürüləcək23 / 11 / 2024, 17:52Emin Əmrullayev Azərbaycan basketbol millisinin üzvləri ilə görüşüb23 / 11 / 2024, 17:44Məktəbəhazırlıq qruplarının və 1-ci siniflərin yerdəyişmə prosesinə start verilir23 / 11 / 2024, 17:28KİV: COP29 nümayəndələri NCQG-ni ildə 300 milyard dollar məbləğində müəyyən etməyi planlaşdırır23 / 11 / 2024, 17:05Prezident müddətli həqiqi hərbi xidmətə çağırışla bağlı sərəncam imzalayıb23 / 11 / 2024, 16:31Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi sədrinə yeni müavinlər təyin olundu23 / 11 / 2024, 16:26Sumqayıtın ictimai-siyasi, sosial-iqtisadi və mədəni həyatında xidmətləri olan şəxslər təltif edilib23 / 11 / 2024, 16:24Xüsusi təyinatlı təhsil müəssisələrinin kursantlarına ödəmələrin verilməsi Qaydası təsdiqlənib23 / 11 / 2024, 15:57COP29 vaxtı enerji təminatı qüsursuz həyata keçirilib - “Azərenerji” - VİDEO23 / 11 / 2024, 15:35Temperatur 4-8 dərəcə aşağı enəcək - Hava xəbərdarlığı23 / 11 / 2024, 15:29Eksternat imtahanları üçün sənəd qəbulu başlayıb23 / 11 / 2024, 15:22Mehriban Ələkbərzadəyə Çingiz Aytmatov mükafatı təqdim olunub23 / 11 / 2024, 15:21Müdafiə naziri komandirlərin qarşısında konkret tapşırıqlar qoydu23 / 11 / 2024, 15:17Zakir Həsənov xidməti müşavirə keçirdi, tapşırıqlar verdi23 / 11 / 2024, 15:00COP29-da aksiya keçirildi - FOTO23 / 11 / 2024, 14:5070 kiloqram qızılla tutulan azərbaycanlı polkovnik-leytenant imiş - Adı AÇIQLANDI23 / 11 / 2024, 14:29FHN: Zəlzələ nəticəsində hər hansı dağıntı və ya insan xəsarəti barədə məlumat daxil olmayıb - YENİLƏNİB23 / 11 / 2024, 13:51Allahşükür Paşazadə BMT Sivilizasiyalar Alyansının 10-cu Qlobal Forumunda iştirak edəcək23 / 11 / 2024, 13:23COP29 zolaqları noyabrın 25-dən qüvvədən düşəcək23 / 11 / 2024, 13:19
Bütün xəbərlər