Azərbaycanda dəhşət: Polis şöbədə silahla arvadını öldürdü | 1news.az | Xəbərlər
Cəmiyyət

Azərbaycanda dəhşət: Polis şöbədə silahla arvadını öldürdü

10:12 - 30 / 09 / 2021
Azərbaycanda dəhşət: Polis şöbədə silahla arvadını öldürdü

Bu gün səhər saat 9 radələrində Nizami Rayon Polis İdarəsinin Post Patrul Xidmətinin əməkdaşı, polis nəfəri İsmayıl Məmmədov xidmətdə olarkən həyat yoldaşı Xanım Məmmədovanın ailə münaqişəsi zəminində ondan 24-cü Polis Şöbəsinə şikayətə gəldiyi barədə məlumat alır.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətindən 1news.az-a verilən məlumata görə o dərhal şöbəyə gəlib və üzərində olan xidməti silahdan atəş açaraq X.Məmmədovanı orada qətlə yetirib.

İ.Məmmədov saxlanılıb. Faktla əlaqədar rayon prokurorluğunda cinayət işi başlanılıb, istintaq aparılır.

Aytən Sakitqızı

Paylaş:
980

Son xəbərlər

Bütün xəbərlər