Qanunsuz qum daşıyan şəxs cəzalandırılıb | 1news.az | Xəbərlər
Cəmiyyət

Qanunsuz qum daşıyan şəxs cəzalandırılıb

Qafar Ağayev11:16 - 30 / 09 / 2021
Qanunsuz qum daşıyan şəxs cəzalandırılıb

Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinin əməkdaşları tərəfindən Sumqayıt şəhəri ərazisində keçirilən nəzarət tədbirləri zamanı “ZİL” markalı 19-BD-616 dövlət nömrə nişanlı nəqliyyat vasitəsilə qanunsuz qum daşındığı müəyyən edilib.

Xidmət rəsmisi Bəhruz Məhəmmədov 1news.az-a bildirib ki, faktla bağlı qanun pozucusu Fəxrəddin Kazımov barəsində akt, protokol tərtib olunub və qanunamüvafiq tədbirlər görülüb.

Paylaş:
497

Son xəbərlər

Azərbaycanda zəlzələ olub

10 / 08 / 2026, 16:30
Bütün xəbərlər