Vətən müharibəsində itkin düşən daha bir hərbçinin meyiti tapılıb | 1news.az | Xəbərlər
Cəmiyyət

Vətən müharibəsində itkin düşən daha bir hərbçinin meyiti tapılıb

S.Xankişiyeva10:12 - 01 / 10 / 2021
Vətən müharibəsində itkin düşən daha bir hərbçinin meyiti tapılıb

Vətən müharibəsindən itkin düşən 7 hərbi qulluqçumuzdan birinin meyiti tapılıb.

1news.az-ın Trend-ə istinadla verdiyi xəbərə görə, bunu cümə günü jurnalistlərə açıqlamasında Baş prokuror Kamran Əliyev deyib.

O bildirib ki, hazırda meyitin şəxsiyyəti müəyyənləşdirilir: "Birinci Qarabağ müharibəsində 4 min, İkinci Qarabağ müharibəsində isə 7 nəfər itkin düşmüşdü. Son günlər müharibənin baş verdiyi ərazilərdən daha bir meyit tapılıb, hazırda identifikasiyası üzrə işlər davam etdirilir, DNT analizləri götürülür. Çox güman ki, itkin düşənlərin sayı 6-ya düşəcək. Bununla bağlı bizim aidiyyəti qurumlarla əməkdaşlığımız davam edir".

Paylaş:
406

Son xəbərlər

Bütün xəbərlər