İdarələrarası Mərkəzin İqtisadi məsələlər üzrə İşçi Qrupun növbəti iclası keçirilib | 1news.az | Xəbərlər
Cəmiyyət

İdarələrarası Mərkəzin İqtisadi məsələlər üzrə İşçi Qrupun növbəti iclası keçirilib

S.Xankişiyeva14:24 - 02 / 10 / 2021
İdarələrarası Mərkəzin İqtisadi məsələlər üzrə İşçi Qrupun növbəti iclası keçirilib

Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərində məsələlərin mərkəzləşdirilmiş qaydada həlli ilə bağlı yaradılmış Əlaqələndirmə Qərargahı nəzdində fəaliyyət göstərən İdarələrarası Mərkəzin İqtisadi Məsələlər üzrə Işçi Qrupun 30 sentyabr 2021-ci il tarixdə növbəti iclası keçirilib.

1news.az-ın verdiyi xəbərə görə, video formatda keçirilən iclasda İqtisadi Məsələlər üzrə İşçi Qrupda təmsil olunan Prezident Administrasiyası, İqtisadiyyat, Maliyyə, Energetika və Kənd Təsərrüfatı nazirliklərinin, Mərkəzi Bank, Dövlət Turizm Agentliyi, Qarabağ Dirçəliş Fondu, İpoteka və Kredit Zəmanət Fondunun nümayəndələri iştirak ediblər.

İşğaldan azad edilmiş ərazilərin iqtisadi potensialının qiymətləndirilməsi və müqayisəli üstünlük sahələrinin müəyyən edilməsi istiqamətində AMEA-nın İqtisadiyyat İnstitutu və “Boston Consulting Group” məsləhətçi şirkəti ilə birgə müvafiq işlər aparılır. Hazırlanmış Strateji təhlil sənədi çərçivəsində işğaldan azad edilmiş ərazilərdə zəruri infrastrukturun yaradılması, iqtisadi canlanmanın formalaşdırılması, iqtisadi artım prioritetlərinin, xüsusilə əhalinin bölgəyə qayıdışı ilə bağlı onların məşğulluq imkanlarının şirkət tərəfindən hazırlanmış tarazlıq modeli əsasında proqnozlaşdırılması istiqamətində tədqiqatlar aparılır.

İşğaldan azad edilmiş ərazilərdə aparılan ilkin inventarlaşmanın bütün məlumatları Qarabağ Rəqəmsal Geoinformasiya Sisteminə daxil edilmişdir. Belə ki, 14618 daşınmaz əmlakın (11685 ədəd tikili və 2933 ədəd infrastruktur obyekti) çöl inventarlaşdırma işləri tamamlanmışdır.

Hazırda 20 dövlət qurumunun və təşkilatının Qarabağ Rəqəmsal Geoinformasiya Sisteminə qoşulması təmin edilmiş, onlara sistemdə işləməklə bağlı təlimlər keçirilmiş, artıq 15 qurum tərəfindən məlumatların sistemə daxil edilməsinə başlanılmışdır.

İşğaldan azad edilmiş ərazilərdə sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə bağlı 791 müraciət daxil olmuşdur. İnvestisiya layihələrinin prioritetliyi təhlil edilir, potensial layihələr müəyyənləşdirilir və informasiya bazasına daxil edilir.

Kənd Təsərrüfatı Nazirliyinin nümayəndəsi məlumat vermişdir ki, işğaldan azad edilmiş ərazilərdə 14347 ha sahədə şümlama işləri aparılıb. Həmin ərazilərdə əsasən taxıl əkini planlaşdırılır. Laçın yaylaqlarına qaldırılmış 16 arıçı sahibkara məxsus 531 arı ailəsi, Kəlbəcər rayonu üzrə 53 arıçıya məxsus 2937 arı ailəsi də qışlaqlara köçürülmüşdür.

Həmçinin, cari ildə Füzuli rayonun 288.8 hektar ərazisində şəkər çuğunduru əkilib və həmin torpaqların 78,8 hektarı işğaldan azad edilmiş əraziləri əhatə edir.Füzuli rayonunun işğaldan azad edilmiş Seyidmahmudlu kəndi ərazisindəki minalardan təmizlənmiş həmin torpaqlarda şəkər çuğunduru ilk dəfədir becərilir və yüksək məhsuldarlığa nail olunub. Belə ki, şəkərlilik faizi 15-16 faiz göstərici ilə hər hektardan 55-60 ton məhsul yığılıb və bu günə kimi 1800 tona yaxın məhsul tədarük edilib.

Dövlət Turizm Agentliyinin nümayəndəsi qeyd etmişdir ki, işğaldan azad edilmiş ərazilərdə mehmanxana təsərrüfatı və turizm fəaliyyətlərinin təşkili sahəsində 11 investisiya layihəsinin ilkin qiymətləndirməsi aparılmışdır.

Hadrut qəsəbəsinin sosial-iqtisadi inkişafının turizm aspektindən qiymətləndirməsi ilə bağlı hesabat hazırlanmış, turizm potensialının qiymətləndirilməsi istiqamətində Kəlbəcər rayonuna səfər təşkil olunmuş və səfər çərçivəsində Kəlbəcərin turizm potensialı ilə bağlı ilkin qiymətləndirmə həyata keçirilmişdir.

Təqdim olunan hesabatlar İşçi qrupunun üzvləri tərəfindən geniş müzakirə edilmişdir.

Qeyd edək ki, Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 24 noyabr tarixli Sərəncamı ilə yaradılmış Əlaqələndirmə Qərargahına Prezident Administrasiyasının rəhbəri Samir Nuriyev rəhbərlik edir.

Paylaş:
716

Son xəbərlər

COP29 zamanı hücumlar - Azərbaycana qarşı qarayaxma kampaniyalarının uğursuzluğunun SƏBƏBLƏRİ - ŞƏRH23 / 11 / 2024, 23:08Naxçıvanın Dövlət Energetika Agentliyinin funksiyaları “Azərenerji” və “Azərişığ”a ötürüləcək23 / 11 / 2024, 17:52Emin Əmrullayev Azərbaycan basketbol millisinin üzvləri ilə görüşüb23 / 11 / 2024, 17:44Məktəbəhazırlıq qruplarının və 1-ci siniflərin yerdəyişmə prosesinə start verilir23 / 11 / 2024, 17:28KİV: COP29 nümayəndələri NCQG-ni ildə 300 milyard dollar məbləğində müəyyən etməyi planlaşdırır23 / 11 / 2024, 17:05Prezident müddətli həqiqi hərbi xidmətə çağırışla bağlı sərəncam imzalayıb23 / 11 / 2024, 16:31Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi sədrinə yeni müavinlər təyin olundu23 / 11 / 2024, 16:26Sumqayıtın ictimai-siyasi, sosial-iqtisadi və mədəni həyatında xidmətləri olan şəxslər təltif edilib23 / 11 / 2024, 16:24Xüsusi təyinatlı təhsil müəssisələrinin kursantlarına ödəmələrin verilməsi Qaydası təsdiqlənib23 / 11 / 2024, 15:57COP29 vaxtı enerji təminatı qüsursuz həyata keçirilib - “Azərenerji” - VİDEO23 / 11 / 2024, 15:35Temperatur 4-8 dərəcə aşağı enəcək - Hava xəbərdarlığı23 / 11 / 2024, 15:29Eksternat imtahanları üçün sənəd qəbulu başlayıb23 / 11 / 2024, 15:22Mehriban Ələkbərzadəyə Çingiz Aytmatov mükafatı təqdim olunub23 / 11 / 2024, 15:21Müdafiə naziri komandirlərin qarşısında konkret tapşırıqlar qoydu23 / 11 / 2024, 15:17Zakir Həsənov xidməti müşavirə keçirdi, tapşırıqlar verdi23 / 11 / 2024, 15:00COP29-da aksiya keçirildi - FOTO23 / 11 / 2024, 14:5070 kiloqram qızılla tutulan azərbaycanlı polkovnik-leytenant imiş - Adı AÇIQLANDI23 / 11 / 2024, 14:29FHN: Zəlzələ nəticəsində hər hansı dağıntı və ya insan xəsarəti barədə məlumat daxil olmayıb - YENİLƏNİB23 / 11 / 2024, 13:51Allahşükür Paşazadə BMT Sivilizasiyalar Alyansının 10-cu Qlobal Forumunda iştirak edəcək23 / 11 / 2024, 13:23COP29 zolaqları noyabrın 25-dən qüvvədən düşəcək23 / 11 / 2024, 13:19
Bütün xəbərlər