Təbriz klubundan paylaşım: “Arazın o tayı da, bu tayı da...” | 1news.az | Xəbərlər
Cəmiyyət

Təbriz klubundan paylaşım: “Arazın o tayı da, bu tayı da...”

17:31 - 05 / 10 / 2021
Təbriz klubundan paylaşım: “Arazın o tayı da, bu tayı da...”

On milyonlarla türkün sevimli "Traktorsazi" futbol klubu diqqət çəkən paylaşım edib.

1news.az lent.az-a istinadən xəbər verir ki, klubun rəsmi "Twitter" səhifəsində 1985-ci ildə çəkilən "Qanlı zəmi" ("Atları yəhərləyin") filmindən paylaşım edilib.

Paylaşımda Qaçaq Nəbinin iranlı məmura dediyi "Arazın o tayı da, bu tayı da mənim doğma el obamdır. Elin o başı, bu başı olmaz" sözləri yer alıb.

Klubun şərh bölümündəki paylaşımı da diqqət çəkib. Belə ki, "Biz Azərbaycanlıyıq" haştağı ilə paylaşılan rəyə "Tərəfimiz bəllidir əllərimizdən" sözləri də əlavə olunub.

1news.az

Paylaş:
304

Son xəbərlər

Bütün xəbərlər