Şamaxıda şadlıq sarayında karantin qaydalarının pozulduğu aşkarlanıb | 1news.az | Xəbərlər
Cəmiyyət

Şamaxıda şadlıq sarayında karantin qaydalarının pozulduğu aşkarlanıb

Qafar Ağayev12:04 - 06 / 10 / 2021
Şamaxıda şadlıq sarayında karantin qaydalarının pozulduğu aşkarlanıb

Şamaxı şəhərində fəaliyyət göstərən “Nurlan” şadlıq sarayında keçirilən baxış zamanı pandemiya dövrünün tələblərinin pozulduğu aşkar olunub.

Bu barədə 1news.az-a Qida Təhlükəsizliyi Agentliyindən məlumat verilib.

Məlumata görə, yoxlama zamanı pandemiya dövrünün tələblərinə əsasən, xidmət göstərən işçi heyətin bəzilərinin tibbi maskalardan, əlcəklərdən və digər fərdi qoruyucu vasitələrdən istifadə etmədiyi məlum olub.

Aşkarlanan pozuntularla bağlı müəssisənin rəhbərliyi inzibati məsuliyyətə cəlb olunub.

Paylaş:
650

Son xəbərlər

Bütün xəbərlər