Kolleclərə əlavə yerləşdirmə ilə bağlı qeydiyyat başlayıb | 1news.az | Xəbərlər
Cəmiyyət

Kolleclərə əlavə yerləşdirmə ilə bağlı qeydiyyat başlayıb

Qafar Ağayev13:00 - 07 / 10 / 2021
Kolleclərə əlavə yerləşdirmə ilə bağlı qeydiyyat başlayıb

Oktyabrın 7-dən ümumi orta ixtisas təhsili və tam orta təhsil bazası üzrə əlavə yerləşdirmədə uğur qazanan abituriyentlərin təhsil müəssisələrinə elektron qeydiyyatına başlanılıb.

Təhsil Nazirliyindən 1news.az-a verilən məlumata görə, müraciət üçün portal.edu.az platformasında qeydiyyatdan keçmək, yaradılmış kabinetə daxil olduqdan sonra təqdim edilən xidmətlər sırasında “Ali və orta ixtisas təhsil müəssisələrinə təhsilalan qeydiyyatı” xidmətini seçmək lazımdır.

Açılan səhifədə müvafiq qəbul xətti üzrə şəxsi məlumatların və qəbul məlumatlarının daxil edilməsi, ödənişli əsaslarla qəbul olan abituriyentlərin təhsil haqqı güzəşti üçün məlumatlarının təqdim edilməsi və təhsil haqqının ödənilməsi mümkün olur.

Qeyd edək ki, qeydiyyat prosesi 12 oktyabr saat 23:59 tarixinədək davam edəcək və bundan sonra müraciətin göndərilməsi mümkün olmayacaq. Müəyyən olunmuş müddətdə qeydiyyatdan keçməyən abituriyentlərin qəbul haqqında əmri təhsil müəssisəsinə göndərilməyəcək.

Paylaş:
364

Son xəbərlər

Bütün xəbərlər