Lənkəranda yanacaqdoldurma məntəqəsinə basqın olub, xəsarət alan var | 1news.az | Xəbərlər
Cəmiyyət

Lənkəranda yanacaqdoldurma məntəqəsinə basqın olub, xəsarət alan var

10:42 - 07 / 10 / 2021
Lənkəranda yanacaqdoldurma məntəqəsinə basqın olub, xəsarət alan var

Lənkəranda yanacaqdoldurma məntəqəsinə basqın olub.

1news.az-ın APA-ya istinadən verdiyi xəbərə görə, rayonun Girdəni kəndində yerləşən yanacaqdoldurma məntəqəsinə naməlum şəxslər basqın edib. Belə ki, qarət məqsədilə küt alətlərlə məntəqənin əməkdaşlarına edilən hücum nəticəsində 1983-cü il təvəllüdlü Amid Şakir oğlu Kərimov bədən xəsarətləri alıb. Yaralı Lənkəran Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb və dərhal əməliyyata götürülüb.

Hazırda hadisəni törədən şəxslərin kimliyi müəyyənləşdirilir.

Faktla bağlı araşdırma aparılır.

1news.az

Paylaş:
271

Son xəbərlər

Bütün xəbərlər