Gənc jurnalist Türkiyədə koronavirusdan vəfat edib | 1news.az | Xəbərlər
Cəmiyyət

Gənc jurnalist Türkiyədə koronavirusdan vəfat edib

Qafar Ağayev14:56 - 11 / 10 / 2021
Gənc jurnalist Türkiyədə koronavirusdan vəfat edib

Gənc jurnalist Nurlan Ağa Türkiyədə koronavirusdan vəfat edib.

1news.az xəbər verir ki, bu barədə sosial şəbəkədə məlumat yayılıb.

25 yaşlı jurnalistin bir müddət əvvəl COVID-19-a yoluxduğu, vəziyyətinin kritik olması səbəbindən reanimasiyaya yerləşdirildiyi bildirilirdi.

Qeyd edək ki, Nurlan Ağa Bakı Dövlət Universitetinin Jurnalistika fakültəsini bitirib.

O, son vaxtlar Türkiyədə yaşayırdı və Atatürk Universitetində təhsil alırdı.

Paylaş:
397

Son xəbərlər

Bütün xəbərlər