““Müstəqillik günü haqqında” qanun layihəsinin müzakirəyə çıxarılmasında məqsədimiz tarixi ədaləti bərpa etməkdir” - Spiker | 1news.az | Xəbərlər
Cəmiyyət

““Müstəqillik günü haqqında” qanun layihəsinin müzakirəyə çıxarılmasında məqsədimiz tarixi ədaləti bərpa etməkdir” - Spiker

Qafar Ağayev12:10 - 11 / 10 / 2021
““Müstəqillik günü haqqında” qanun layihəsinin müzakirəyə çıxarılmasında məqsədimiz tarixi ədaləti bərpa etməkdir” - Spiker

Oktyabrın 18-də Azərbaycan Respublikasının müstəqilliyinin bərpa edilməsinin 30 ili tamam olur. Bu, çox əlamətdar hadisədir.

1news.az-ın xəbər verir ki, bunu Milli Məclisin sədri Sahibə Qafarova parlamentin payız sessiyasının oktyabrın 11-də keçirilən iclasında “Müstəqillik günü haqqında” qanun layihəsinin müzakirələri zamanı deyib.

Sahibə Qafarova diqqətə çatdırıb ki, 1991-cildə öz dövlət müstəqilliyini bərpa etmiş Azərbaycan Respublikası Azərbaycan Xalq Cümhuriyyətinin varisidir. “Müstəqillik günü haqqında” qanun layihəsinin müzakirəyə çıxarılmasında məqsədimiz tarixi ədaləti bərpa etmək, xalqımızın tarixindəki iki mühüm hadisəyə qiymət verməkdir.

Paylaş:
320

Son xəbərlər

Bütün xəbərlər