Lerikdə qaya uçqunu olan yolda hərəkət tam bərpa edilib | 1news.az | Xəbərlər
Cəmiyyət

Lerikdə qaya uçqunu olan yolda hərəkət tam bərpa edilib

13:42 - 12 / 10 / 2021
Lerikdə qaya uçqunu olan yolda hərəkət tam bərpa edilib

Lerik-Kəlvəz yolunun 10-cu km-i qaya parçalarından təmizlənərək avtonəqliyyat vasitələrinin rahat və təhlükəsiz hərəkəti təmin olunub.

1news.az xəbər verir ki, bu barədə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən məlumat verilib.

Qeyd edək ki, bu gün səhər saatlarında Lerik-Kəlvəz yolunun təqribən 10-cu kilometrində qaya uçqunu hadisəsi baş verib.

Nəticədə qaya parçaları yolun hərəkət hissəsinə tökülərək avtonəqliyyat vasitələrinin hərəkətini məhdudlaşdırıb.

Dərhal hadisə yerinə texnika və canlı qüvvə cəlb olunub.

1news.az

Paylaş:
314

Son xəbərlər

Bütün xəbərlər