Şamaxıda saxta COVID pasportu satanlarla bağlı cinayət işi başlandı | 1news.az | Xəbərlər
Cəmiyyət

Şamaxıda saxta COVID pasportu satanlarla bağlı cinayət işi başlandı

Qafar Ağayev09:51 - 13 / 10 / 2021
Şamaxıda saxta COVID pasportu satanlarla bağlı cinayət işi başlandı

Şamaxı rayon Mərkəzi Xəstəxanasında saxta COVID-19 pasportu satılması ilə bağlı cinayət işi başlanıb.

Şamaxı Rayon Prokurorluğundan 1news.az-a verilən məlumata görə, xəstəxanada qanunsuz olaraq COVID-19 əleyhinə vaksinasiya olunması barədə saxta sənədlərin tərtib edilməsi ilə bağlı daxil olmuş məlumat üzrə rayon prokurorluğunda araşdırma aparılıb.

Araşdırma ilə qeyd olunan xəstəxananın vəzifəli şəxsləri tərəfindən ayrı-ayrı şəxlərə vaksin vurulmadığı halda “COVİD-19”əleyhinə vaksinasiya olunması barədə saxta sənədlərin tərtib edilməsinə əsaslı şübhələr müəyyən edilib.

Faktla bağlı Şamaxı rayon prokurorluğunda Cinayət Məcəlləsinin 308.1 (vəzifə səlahiyyətlərindən sui-istifadə) və 313-cü (vəzifə saxtakarlığı) maddələri ilə cinayət işi başlanıb.

Hazırda yuxarıda göstərilən cinayət əməllərinin törədilməsində hər hansı formada iştirak etmiş şəxslərin müəyyən edilməsi məqsədilə intensiv istintaq hərəkətləri davam etdirilir.

Paylaş:
376

Son xəbərlər

Bütün xəbərlər