Nazir: “Azərbaycan Ermənistanla münasibətlərin normallaşmasına hazırdır” | 1news.az | Xəbərlər
Cəmiyyət

Nazir: “Azərbaycan Ermənistanla münasibətlərin normallaşmasına hazırdır”

Qafar Ağayev13:14 - 14 / 10 / 2021
Nazir: “Azərbaycan Ermənistanla münasibətlərin normallaşmasına hazırdır”

Kommunikasiya əlaqələrinin açılması regiondakı bütün dövlətlərə fayda gətirəcək və beynəlxalq nəqliyyat layihələrində Cənubi Qafqazın rolunu gücləndirəcək.

1news.az-ın məlumatına görə, bunu Belarusa səfəri çərçivəsində xarici işlər naziri Ceyhun Bayramov MDB üzv ölkələrinin Xarici İşlər Nazirləri Şurasının iclasında çıxışı zamanı deyib.

Nazir Ceyhun Bayramov çıxışında iclasın gündəliyinə daxil olan və MDB çərçivəsində qarşılıqlı fəaliyyətimizin geniş spektrini əhatə edən məsələləri qeyd edib və müzakirə ediləcək məsələlər sırasında “MDB-nin 30 illiyi ilə bağlı üzv dövlətləri başçılarının Bəyanat layihəsi ilə bağlı Qərarı” xüsusilə vurğulayıb.

Nazir Ceyhun Bayramov Azərbaycanın MDB çərçivəsində əməkdaşlığa, həmçinin bütün MDB üzv dövlətləri ilə ikitərəfli münasibətlərin daha da genişləndirilməsi və dərinləşdirilməsinə böyük əhəmiyyət verdiyini bildirib.

AR xarici işlər naziri MDB çərçivəsində qarşılıqlı humanitar sahənin fəaliyyətin əsas istiqamətlərindən biri olduğunu və bu xüsusda, əməkdaşlığın davam etdirilməsinin xalqlarımız və ölkələrimiz arasında münasibətlərin daha da inkişafına töhfə verəcəyini bildirib. O, həmçinin təşkilat çərçivəsində, o cümlədən ikitərəfli əsasda MDB üzv dövlətlərinin miqrasiya sahəsində qarşılıqlı fəaliyyətin mühüm əhəmiyyət kəsb etdiyini qeyd edib.

Nazir Ceyhun Bayramov çıxışında 44 günlük Vətən Müharibəsi nəticəsində ərazilərimizin bir hissəsinin 30 ilə yaxın davam edən işğalına son verildiyini və Azərbaycan Respublikasının ərazi bütövlüyünün təmin edildiyini qeyd edib, 10 noyabr 2020-ci il və 11 yanvar 2021-ci il üçtərəfli bəyanatlarından irəli gələn məsələlərdən, habelə bölgədə mövcud olan mina təhlükəsi və doğurduğu ağır nəticələrdən bəhs edib. Regionda həyata keçirilən sülhməramlı səylərə, o cümlədən Birgə Türkiyə-Rusiya Monitorinq Mərkəzinin fəaliyyətinə Azərbaycan tərəfindən böyük əhəmiyyət verildiyi vurğulanıb. Həmçinin çıxışında nazir, Ermənistanın işğalçılıq siyasəti nəticəsində Azərbaycan ərazilərində tarixi, dini və mədəni irsinin dağıdılması, həyata keçirilən urbisid və kultursid barədə iclas iştirakçılarını məlumatlandırıb. O, hazırda münaqişənin keçmişdə qaldığını, əsas məqsədin azad edilmiş ərazilərin bərpa edilməsi və məcburi köçkünlərin öz doğma yurdlarına geri dönməsinin təmin edilməsi olduğunu vurğulayıb. Bu xüsusda, nazir toplantı iştirakçılarına azad edilmiş ərazilərdə həyata keçirilən bərpa-quruculuq işləri barədə ətraflı məlumat verib.

Çıxışda bütün çətinliklərə baxmayaraq Azərbaycanın beynəlxalq hüququn prinsiplərinə, xüsusilə dövlətlərin suverenliyi, ərzi bütövlüyü və sərhədlərin toxunulmazlığına hörmət əsasında Ermənistan ilə münasibətlərin normallaşmasına hazır olduğunu vurğulayıb. Azərbaycanın qeyd olunan prinsiplərə riayət etməklə Ermənistan ilə sərhədlərin delimitasiya və demarkasiya prosesinin başlanılmasına çağırdığı qeyd olunub. Nazir, Azərbaycanın üçtərəfli bəyanatlardan irəli gələn öhdəliklərin, o cümlədən regionda bütün kommunikasiya əlaqələrinin açılması üzrə razılaşmaların yerinə yetirilməsinə sadiq olduğunu vurğulayıb. Kommunikasiya əlaqələrinin açılmasının regiondakı bütün dövlətlərə fayda gətirəcəyi və beynəlxalq nəqliyyat layihələrində Cənubi Qafqazın rolunu gücləndirəcəyindən əminlik ifadə edilib.

İclasın sonunda nazirlər tərəfindən “2022-ci ildə MDB-də xalq yaradıcılığı və mədəni irs İlinin qeyd edilməsi ilə əlaqədar Tədbirlər Planının layihəsinə dair Qərar” və “Miqrasiya sahəsində əməkdaşlığın inkişaf etdirilməsinə dair MDB iştirakçı dövlətlərin rəhbərlərinin bəyanat layihəsinə dair Qərar” sənədləri imzalandı.

Paylaş:
460

Son xəbərlər

COP29 zamanı hücumlar - Azərbaycana qarşı qarayaxma kampaniyalarının uğursuzluğunun SƏBƏBLƏRİ - ŞƏRH23 / 11 / 2024, 23:08Naxçıvanın Dövlət Energetika Agentliyinin funksiyaları “Azərenerji” və “Azərişığ”a ötürüləcək23 / 11 / 2024, 17:52Emin Əmrullayev Azərbaycan basketbol millisinin üzvləri ilə görüşüb23 / 11 / 2024, 17:44Məktəbəhazırlıq qruplarının və 1-ci siniflərin yerdəyişmə prosesinə start verilir23 / 11 / 2024, 17:28KİV: COP29 nümayəndələri NCQG-ni ildə 300 milyard dollar məbləğində müəyyən etməyi planlaşdırır23 / 11 / 2024, 17:05Prezident müddətli həqiqi hərbi xidmətə çağırışla bağlı sərəncam imzalayıb23 / 11 / 2024, 16:31Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi sədrinə yeni müavinlər təyin olundu23 / 11 / 2024, 16:26Sumqayıtın ictimai-siyasi, sosial-iqtisadi və mədəni həyatında xidmətləri olan şəxslər təltif edilib23 / 11 / 2024, 16:24Xüsusi təyinatlı təhsil müəssisələrinin kursantlarına ödəmələrin verilməsi Qaydası təsdiqlənib23 / 11 / 2024, 15:57COP29 vaxtı enerji təminatı qüsursuz həyata keçirilib - “Azərenerji” - VİDEO23 / 11 / 2024, 15:35Temperatur 4-8 dərəcə aşağı enəcək - Hava xəbərdarlığı23 / 11 / 2024, 15:29Eksternat imtahanları üçün sənəd qəbulu başlayıb23 / 11 / 2024, 15:22Mehriban Ələkbərzadəyə Çingiz Aytmatov mükafatı təqdim olunub23 / 11 / 2024, 15:21Müdafiə naziri komandirlərin qarşısında konkret tapşırıqlar qoydu23 / 11 / 2024, 15:17Zakir Həsənov xidməti müşavirə keçirdi, tapşırıqlar verdi23 / 11 / 2024, 15:00COP29-da aksiya keçirildi - FOTO23 / 11 / 2024, 14:5070 kiloqram qızılla tutulan azərbaycanlı polkovnik-leytenant imiş - Adı AÇIQLANDI23 / 11 / 2024, 14:29FHN: Zəlzələ nəticəsində hər hansı dağıntı və ya insan xəsarəti barədə məlumat daxil olmayıb - YENİLƏNİB23 / 11 / 2024, 13:51Allahşükür Paşazadə BMT Sivilizasiyalar Alyansının 10-cu Qlobal Forumunda iştirak edəcək23 / 11 / 2024, 13:23COP29 zolaqları noyabrın 25-dən qüvvədən düşəcək23 / 11 / 2024, 13:19
Bütün xəbərlər