Azərbaycanda maklerdən tələbə qıza əxlaqsız təklif - VİDEO | 1news.az | Xəbərlər
Cəmiyyət

Azərbaycanda maklerdən tələbə qıza əxlaqsız təklif - VİDEO

16:45 - 14 / 10 / 2021
Azərbaycanda maklerdən tələbə qıza əxlaqsız təklif - VİDEO

Azərbaycanda makler tələbə qıza əxlaqsız təklif irəli sürüb.

1news.az xəbər verir ki, bu barədə məlumat sosial şəbəkələrdə paylaşılıb.

Belə ki, tələbə qız kirayə qalmaq üçün Ruslan adlı maklerə zəng edib. Makler evin 200 manat qarşılığında kirayəyə verildiyini deyib, sonra isə qeyd edib ki, kirayədə qalan qızla münasibəti yaranarsa, qiymətdə endirim edəcək.

Ruslan hətta qıza gələcəkdə birlikdə həmin evdə qala biləcəklərini də deyib.

Daxili İşlər Nazirliyi Mətbuat Xidmətinin KİV və ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi, polis mayoru Elşad Hacıyev faktla bağlı araşdırma aparıldığını bildirib.

1news.az

Paylaş:
454

Son xəbərlər

Bütün xəbərlər