İcbari tibbi sığorta üzrə məlumat bazası yaradılacaq | 1news.az | Xəbərlər
Cəmiyyət

İcbari tibbi sığorta üzrə məlumat bazası yaradılacaq

17:37 - 14 / 10 / 2021
İcbari tibbi sığorta üzrə məlumat bazası yaradılacaq

İcbari tibbi sığorta üzrə məlumat bazası yaradılacaq.

1news.az-ın məlumatına görə, bu, Nazirlər Kabinetinin təsdiqlədiyi "İcbari tibbi sığorta üzrə məlumat bazasının (elektron informasiya ehtiyatının) formalaşdırılması və istifadə Qaydası, o cümlədən həmin məlumat bazasına (elektron informasiya ehtiyatına) inteqrasiya edilməli olan informasiya sistemlərinin və resurslarının siyahısı, həmin məlumatlara buraxılış dərəcəsi"ndə əksini tapıb.

Məlumat bazası sığortalı və sığortaolunanlar haqqında məlumatların toplanmasını, istifadəsini və təhlilini, həmçinin icbari tibbi sığortanın tətbiqi ilə bağlı əməliyyatların elektron qaydada həyata keçirilməsini təmin edən informasiya ehtiyatıdır. Məlumat bazasının fəaliyyətinin təşkili, idarə olunması və təkmilləşdirilməsi üzrə operator funksiyalarını İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi həyata keçirir.

Qərara əsasən, Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi icbari tibbi sığorta üzrə məlumat bazasının (elektron informasiya ehtiyatının) aidiyyəti dövlət informasiya ehtiyatları və sistemləri ilə əlaqələndirilməsini Elektron Hökumət İnformasiya Sistemi vasitəsilə təmin etməlidir.
Məlumat bazasına inteqrasiya ediləcək dövlət orqanlarının (qurumlarının) informasiya sistemləri və resursları da müəyyənləşib. Məlumat bazası aşağıda qeyd olunan dövlət orqanlarının (qurumlarının) informasiya sistemlərindən və resurslarından istifadə etməklə elektron qaydada formalaşdırılır:

- Ədliyyə Nazirliyi;
- Daxili İşlər Nazirliyi;
- Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi;
- Səhiyyə Nazirliyi;
- İqtisadiyyat Nazirliyi;
- Dövlət Miqrasiya Xidməti

1news.az

Paylaş:
84

Son xəbərlər

Sevinc Fətəliyeva: “Zəngəzur dəhlizinin Azərbaycan iqtisadiyyatında çox böyük rolu olacaq”Bu gün, 18:54Dolların sabaha olan rəsmi məzənnəsi açıqlanıbBu gün, 18:07Şəhid məzarı başında yad edildi - VİDEOBu gün, 17:42Rövşən Əkbərov 10 il müddətinə azadlıqdan məhrum edildi – YENİLƏNİBBu gün, 17:35ABB-dən hər kəsə nağd pul kreditiBu gün, 17:30Koreyalı deputat Azərbaycanın Vətən müharibəsi şəhidlərini yad edibBu gün, 17:29Küçəni süpürərkən tapdığı 650 mini sahibinə qaytardı - VİDEOBu gün, 17:23Borc vəsaitlərinin alınması və qaytarılması əməliyyatları necə rəsmiləşdirilməlidir?Bu gün, 17:15Vüqar Rəhimzadə: Dünyaya ünvanlanan birlik, həmrəylik, qardaşlıq mesajıBu gün, 17:08Ölkədə COVID-19 əleyhinə peyvənd olunanların sayı açıqlanıb - FOTOBu gün, 16:39Azərbaycanda son sutkada koronavirusdan 27 nəfər vəfat edib - STATİSTİKABu gün, 16:34Azərbaycan Dünya Bankı ilə yeni kredit müqaviləsi imzalayıbBu gün, 16:04Səhiyyə Nazirliyi risk qrupuna daxil olan uşaqların valideynlərinə müraciət edibBu gün, 16:01Vergi orqanlarında işləmək istəyənlərin NƏZƏRİNƏBu gün, 15:53“Ərdoğanın bu səfəri dünyaya verilən qardaşlıq, birlik, həmrəylik mesajıdır”- Deputat Cavid OsmanovBu gün, 15:452022-ci ildə dövlət büdcəsinin nə qədər olacağı AÇIQLANDIBu gün, 15:30ABŞ səfiri: “Sürətli bərpa işlərinin aparılması çox müsbət haldır”Bu gün, 15:23Taxıl Fondu Dövlət Ehtiyatları Agentliyinin sərəncamına verilibBu gün, 15:22Deputat: ““Qarabağ Azərbaycandır!” ifadəsini qazandığımız qələbə ilə sübut etdik!”Bu gün, 15:21“Nar” daha bir satış və xidmət mərkəzini yenilədi – FOTOBu gün, 15:20
Bütün xəbərlər

Next TV