Azərbaycanda xüsusi reklam telekanalı yaradılacaq | 1news.az | Xəbərlər
Cəmiyyət

Azərbaycanda xüsusi reklam telekanalı yaradılacaq

12:51 - 20 / 10 / 2021
Azərbaycanda xüsusi reklam telekanalı yaradılacaq

Azərbaycanda xüsusi reklam televiziya kanalının yaradılmasına dair işlər aparılır.

1news.az xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin İctimai Şurasının sədri Fərhad Qaraşov deyib. Onun sözlərinə görə, yaxın zamanlarda bununla bağlı görülən işlər ictimaiyyətə açıqlanacaq.

"Ümumiyyətlə, reklam bazarında baş verən hər hansı dəyişikliklərə getmək ictimai birlik tərəfindən, düşünürəm ki, daha məqsədəuyğun olacaq. Hazırda artıq Reklamçılar İttifaqı mövcuddur, lakin onların fəaliyyəti yetərincə qənaətbəxş deyil", - deyə F. Qaraşov qeyd edib.

1news.az

Paylaş:
284

Son xəbərlər

Bütün xəbərlər