Kəlbəcərdə ekskavator operatoru ölüb - SƏBƏB
Sentyabrın 26-da Kəlbəcər rayonunun Zar kəndində yol çəkilişi zamanı “North West Construction” şirkətinə məxsus ekskavatorun üzərinə qaya parçalarının düşməsi nəticəsində ekskavatorun operatoru Kürdəmir rayon sakini Cəbrayılov Bəhruz İsrail oğlunun aldığı xəsarətlərdən hadisə yerində ölməsi barədə Kəlbəcər rayon prokurorluğuna məlumat daxil olmuşdur.
Baş Prokurorluğun Mətbuat xidməti tərəfindən 1news.az-ın sorğusuna cavab olaraq bildirilib ki, hazırda faktla bağlı araşdırma aparılır.
1173