Türkiyədə qaynaq sahəsində fərqlilik yaradan Gedik Holdinq Azərbaycanda həm istehsal edəcək, həm də təhsil verəcək - FOTO | 1news.az | Xəbərlər
Cəmiyyət

Türkiyədə qaynaq sahəsində fərqlilik yaradan Gedik Holdinq Azərbaycanda həm istehsal edəcək, həm də təhsil verəcək - FOTO

Qafar Ağayev10:00 - 21 / 10 / 2021
Türkiyədə qaynaq sahəsində fərqlilik yaradan Gedik Holdinq Azərbaycanda həm istehsal edəcək, həm də təhsil verəcək - FOTO

Türk Qaynaq sənayesinin bir nömrəli istehsalçısı olan Gedik Kaynak, Azərbaycanda Neftçala Sənaye Məhəlləsində yeni istehsal müəssisəsini və Bakı şəhərində əlaqə ofisini açıb.

20-22 oktyabr tarixləri arasında keçirilən Baku Build sərgisində yerini alan Gedik Holdinq, məhsullarını tanıdır və müştəriləri ilə görüşəcək.

Neftçalada yeni istehsal müəssisəsinin və Bakıdakı əlaqə ofisinin açılışı münasibətilə təşkil edilən dəvətdə Azərbaycanın iş adamları və dövlət rəsmiləri dəvət edilib.

Həm istehsal, həm təhsil

Gedik Holdinq İdarə Heyətinin sədri Hülya Gedik 1news.az-a bildirib ki, Gedik Holdinq, təhsil və istehsal sahəsindəki bilik və bacarıqları ilə Türkiyədə olduğu kimi, Azərbaycanda da fərq yaradacaq.

"Gedik Kaynak məhsul çeşidliliyi məsələsində digər şirkətlərdən fərqlənir. Eyni zamanda biz bu işin təhsilini də veririk. Gedik Təhsil Fondu nəzdində təhsil sahəsində Gedik Test Mərkəzi və İstanbul Gedik Universitetinin təcrübəsini Azərbaycana gətirəcək Gedik, Azərbaycanda qaynaq sektoru üçün peşə təlimləri verəcək. Qaynaq texniki bir işdir, bilmədən istifadə etmək olmaz, nəyin nəyi qaynatdığını bilməyiniz lazımdı. Bununla bağlı universitetdə də təhsil veririk, müxtəlif qaynaq səviyyələrində mütəxəssislər yetişdiririk, eyni zamanda bunun istehsalını həyata keçiririk. Keyfiyyətə çox önəm veririk, hərşeyin başında keyfiyyət gəlir. Bizim digər firmalardan fərqimiz bunlardır. Biz bu işə 1963 ilində lisenziyalı alman firmasında başladıq, amma artıq ona ehtiyacımız olmayaraq öz məhsulumuzu istehsal edərək dünyada inkişaf edən qaynaq texnologiyasına “biz də varıq” deyirik. Dünyada tanınmış qaynaq şirkətiyik, 100-ə yaxın ölkəyə məhsul ixrac edirik. 2022 və 2023 illəri sırasıyla 9000 ton/il elektrod istehsalı və satışı planlaşdırılır. Satışların 75% daxili bazara çıxarılacaq, 25% isə ixrac olunacaq. MDB ölkələrinə, xüsusən də Türk ölkələrinə ixrac satışlarının həyata keçirilməsi planlaşdırılır. 2023-cü ildən sonra güc artımı və məhsul müxtəlifliyi təmin ediləcək və istehsal həcminin ildə 20.000 tona çatması, şirkətin dövriyyəsini isə 50.000.000 AZN çatdırmağı planlaşdırırıq”.

İxracdan istehsalata

O, bildirib ki, Gedik Kaynak Azərbaycana 25 ildir məhsul ixrac edib.

“İxrac edərək burada böyüdük, markamız da tanınmış bir markadır. Düşündük ki, artıq ixracat etməyib burada zavod quraq. Bunun üçün də dost, qardaş ölkə Azərbaycanı seçdik. Neftçalada istehsal müəssisəmiz, Bakıda isə ofisimiz var. Azərbaycanın əhalisi 10 milyondan çoxdur, istehsal edəcəyimiz məhsulları buradan da başqa ölkərə ixrac etmək imkanımız olduğunu düşündük. Doğru bir yerdə olduğumuzu düşünürük”.

Qarabağda fəaliyyət...

Hulya Gedik qeyd edib ki, Qarabağ bölgəsi yenidən qurulur və orada kifayət qədər inşaat işləri həyata keçirilir.

“Bizim qaynaq məsələsi də hər ölkədə olması vacib olan sahələrdəndir. Biz də Qarabağda körpü, yol çəkilişində qaynaq materiallarımızla var olacağıq. Yaxın bir vaxtda Qarabağı da ziyarət edəcəyik. Müharibə əsnasında sizlərlə birlikdə sevindik, həyəcanlandıq. Zəfərin olması hər birimizi sevindirdi. Qarabağla bağlı duyğularımız da eynidir. Aylarla zavodumuzda Azərbaycan bayrağı əksik olmadı. İnşallah Qarabağda yaxşı investisiya qoyan türk şirkətləri ilə birgə hərəkət etmək istəyirik”.

“Metal sektorunda Türkiyədən Azərbaycana ilk biz investisiya qoyduq” – deyə, o, əlavə edib:

“Əgər bazarda o böyüklüyə yüksələ bilərsək, Neftçaladan başqa Qarabağda da zavodlar tikmək istərik. Qarabağın işğaldan azad edilməsi ilə yeni imkanlar yaranıb. Təbii ki, bizim də gələcəkdə istehsalı Qarabağda da davam etdirmək planlarımız arasında var”.

İstehsal üçün xammaldan danışan icraçı direktor bildirib ki, hazırda xammalı Türkiyədən gətirirlər.

“Hazırda bütün xammalı Türkiyədən gətiririk, amma daha sonra başqa ölkələrdən də gətirə bilərik. Təəssüf ki, bizə lazım olan xammal Azərbaycanda yoxdu. Ona görə xaricdən idxal edirik”.

Sərfəli qiymət və iş imkanı

“Daha sərfəli qiymətə istehsal edib daha sərfərli qiymətə satış həyata keçiririk” – Hülya Gedik deyib.

“Planlarımız arasında bu var, istəyirik ki, Azərbaycanda qaynaq materialını almaq istəyənlər bizdən - Gedik Kaynak Azərbaycan fabrikindən sərfəli qiymətə əldə edə bilsinlər. Eyni zamanda bizim zavodumuzda istehsalda işləyənlər Azərbaycan vətəndaşlarıdır, baş ustamız Türkiyədən gəldi. Gedik Holdinqdə 1500 - dən çox insan çalışır. Yeniliklərə və investisiyalara verdiyi əhəmiyyətlə Gedik hər keçən gün böyüyən, özünü qlobal və yerli iqtisadi şərtlərə və dəyişikliklərə uyğunlaşdıra bilən, strateji sahələrdəki inkişafı yaxından izləyən və tez reaksiya verən böyük bir cəmiyyətə çevrildi. Zaman içində Azərbaycanda yerli mütəxəssislər yetişəcək. Azərbaycanda bununla bağlı istehsal olmadığı üçün bunu professional şəkildə bilən şəxlər yoxdur. Öyrəndikləri zaman biz də mütəxəssislərimizi elə Azərbaycandan götürmək istəyirik. Məqsədimiz Azərbaycanın əmək bazarına da faydamızın olmasıdır”.

Paylaş:
843

Son xəbərlər

COP29 zamanı hücumlar - Azərbaycana qarşı qarayaxma kampaniyalarının uğursuzluğunun SƏBƏBLƏRİ - ŞƏRH23 / 11 / 2024, 23:08Naxçıvanın Dövlət Energetika Agentliyinin funksiyaları “Azərenerji” və “Azərişığ”a ötürüləcək23 / 11 / 2024, 17:52Emin Əmrullayev Azərbaycan basketbol millisinin üzvləri ilə görüşüb23 / 11 / 2024, 17:44Məktəbəhazırlıq qruplarının və 1-ci siniflərin yerdəyişmə prosesinə start verilir23 / 11 / 2024, 17:28KİV: COP29 nümayəndələri NCQG-ni ildə 300 milyard dollar məbləğində müəyyən etməyi planlaşdırır23 / 11 / 2024, 17:05Prezident müddətli həqiqi hərbi xidmətə çağırışla bağlı sərəncam imzalayıb23 / 11 / 2024, 16:31Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi sədrinə yeni müavinlər təyin olundu23 / 11 / 2024, 16:26Sumqayıtın ictimai-siyasi, sosial-iqtisadi və mədəni həyatında xidmətləri olan şəxslər təltif edilib23 / 11 / 2024, 16:24Xüsusi təyinatlı təhsil müəssisələrinin kursantlarına ödəmələrin verilməsi Qaydası təsdiqlənib23 / 11 / 2024, 15:57COP29 vaxtı enerji təminatı qüsursuz həyata keçirilib - “Azərenerji” - VİDEO23 / 11 / 2024, 15:35Temperatur 4-8 dərəcə aşağı enəcək - Hava xəbərdarlığı23 / 11 / 2024, 15:29Eksternat imtahanları üçün sənəd qəbulu başlayıb23 / 11 / 2024, 15:22Mehriban Ələkbərzadəyə Çingiz Aytmatov mükafatı təqdim olunub23 / 11 / 2024, 15:21Müdafiə naziri komandirlərin qarşısında konkret tapşırıqlar qoydu23 / 11 / 2024, 15:17Zakir Həsənov xidməti müşavirə keçirdi, tapşırıqlar verdi23 / 11 / 2024, 15:00COP29-da aksiya keçirildi - FOTO23 / 11 / 2024, 14:5070 kiloqram qızılla tutulan azərbaycanlı polkovnik-leytenant imiş - Adı AÇIQLANDI23 / 11 / 2024, 14:29FHN: Zəlzələ nəticəsində hər hansı dağıntı və ya insan xəsarəti barədə məlumat daxil olmayıb - YENİLƏNİB23 / 11 / 2024, 13:51Allahşükür Paşazadə BMT Sivilizasiyalar Alyansının 10-cu Qlobal Forumunda iştirak edəcək23 / 11 / 2024, 13:23COP29 zolaqları noyabrın 25-dən qüvvədən düşəcək23 / 11 / 2024, 13:19
Bütün xəbərlər