Daha bir xalq artistinin səhhəti pisləşib | 1news.az | Xəbərlər
Cəmiyyət

Daha bir xalq artistinin səhhəti pisləşib

13:08 - 21 / 10 / 2021
Daha bir xalq artistinin səhhəti pisləşib

Xalq artisti Canəli Əkbərovun səhhəti pisləşib.

1news.az xəbər verir ki, bu barədə APA-ya xanəndənin qızı Təranə Əkbərova məlumat verib.

O bildirib ki, C.Əkbərov hazırda ev şəraitində müalicə olunur: “Bir müddətdir ki, atamın səhhətində ciddi problemlər var. Son günlər vəziyyəti xeyli pisləşib. Beyni tamam funksiyasını itirib. Durumu çox ağır olduğu üçün müalicəsini evdə davam etdiririk. Həkimlər ümidverici heç nə demir. Sadəcə möcüzə gözləyirik”.

Qeyd edək ki, C.Əkbərov iki il bundan öncə beyin insultu keçirib.

Paylaş:
276

Son xəbərlər

Bütün xəbərlər