Xudatda məktəbdə halı pisləşən 8-ci sinif şagirdi ölüb | 1news.az | Xəbərlər
Cəmiyyət

Xudatda məktəbdə halı pisləşən 8-ci sinif şagirdi ölüb

S.Xankişiyeva15:35 - 21 / 10 / 2021
Xudatda məktəbdə halı pisləşən 8-ci sinif şagirdi ölüb

Bu gün Xudat şəhərində məktəbli ölümü baş verib.

1news.az-ın APA-ya istinadla verdiyi xəbərə görə, Xudat şəhər 5 nömrəli məktəbin 8-ci sinif şagirdi Rəcəbova Xədicə Rəcəb qızının məktəbdə vəziyyəti pisləşib. Xaçmaz Təhsil Şöbəsindən APA-nın yerli bürosuna verilən məlumata görə, xəstəxanaya çatdırılan məktəblini xilas etmək mümkün olmayıb.

Hadisə yerinə hüquq-mühafizə orqanlarının əməkdaşları cəlb olunub.

İlkin məlumata görə, məktəbli bir həftə temperaturu olduğu üçün müalicə olunub. Bir həftədən sonra dərsə gəlib və bu gün qəflətən halı pisləşib.

Meyit tibbi ekspertizadan keçirilməsi üçün morqa aparılıb. Ölümün səbəbi ekspertin rəyindən sonra bilinəcək.

Faktla bağlı araşdırmalar davam etdirilir.

Paylaş:
450

Son xəbərlər

Bütün xəbərlər