Həkim-infeksionist COVID-19 virusunun yeni mutasiyasından danışdı: 3-cü doza vaksin vurulmalıdır | 1news.az | Xəbərlər
Cəmiyyət

Həkim-infeksionist COVID-19 virusunun yeni mutasiyasından danışdı: 3-cü doza vaksin vurulmalıdır

Qafar Ağayev17:14 - 21 / 10 / 2021
Həkim-infeksionist COVID-19 virusunun yeni mutasiyasından danışdı: 3-cü doza vaksin vurulmalıdır

Dünyanın bir sıra ölkələrində, həmçinin qonşumuz olan Rusiya Federasiyasında COVID-19 virusunun yeni ştammı yayılmağa başlayıb.

Yeni yayılan bu mutasiya AY.4.2 adlanır. Yayılan məlumata görə, bu mutasiya növü daha sürətli yayılır.

Bəs görəsən COVID-19 virusunun yeni mutasiya olaraq adlandırılan AY.4.2-nin xüsusiyyətləri nələrdir? Bu mutasiya növündən qorunmağın yolları nələrdir?

Məsələ ilə bağlı 1news.az-ın suallarını cavablandıran həkim-infeksionist Vüqar Cavadzadə deyib ki, virusun bu mutasiyası Böyük Britaniyada yayılıb.

“Rusiya, Türkiyə, İsraildə də bu mutasiya aşkarlanıb. Britaniyanın özündə isə, AY.4.2 mutasiyasiya ümumi yoluxmanın 15 faizini təşkil edir. Yeni mutasiya elədir ki, ilk vaxtlar sürətli artım müşahidə edilir, zamanla isə zəifləməyə başlayır”.

İnfeksionist bildirib ki, yeni mutasiyaya görə təşvişə düşməyə ehtiyac yoxdur.

“Əgər bir insanın digər xəstəlikləri varsa, o koronavirusu ağır keçirir. Bunun üçün mütləq şəkildə özümüzü qorumalıyıq”.

Koronavirusdan qorunmağın yollarından danışan V.Cavadzadə bildirib ki, koronavirusdan qorunmaqla bağlı tədbirlərin başında vaksinasiya gəlir.

“Vaksinasiya daha da sürətlənməlidir. Xüsusilə da tibb işçiləri, yaşı 65-dən yuxarı olan şəxslərə 3-cü doza vaksin vurulmalıdır. Ümumiyyətlə 3-cü doza vaksini hamı vurdurması tövsiyə olunur. Eyni zamanda gigiyenik qaydalara riayət etməklə də koronavirusa yoluxma azala bilər”.

Paylaş:
560

Son xəbərlər

COP29 zamanı hücumlar - Azərbaycana qarşı qarayaxma kampaniyalarının uğursuzluğunun SƏBƏBLƏRİ - ŞƏRH23 / 11 / 2024, 23:08Naxçıvanın Dövlət Energetika Agentliyinin funksiyaları “Azərenerji” və “Azərişığ”a ötürüləcək23 / 11 / 2024, 17:52Emin Əmrullayev Azərbaycan basketbol millisinin üzvləri ilə görüşüb23 / 11 / 2024, 17:44Məktəbəhazırlıq qruplarının və 1-ci siniflərin yerdəyişmə prosesinə start verilir23 / 11 / 2024, 17:28KİV: COP29 nümayəndələri NCQG-ni ildə 300 milyard dollar məbləğində müəyyən etməyi planlaşdırır23 / 11 / 2024, 17:05Prezident müddətli həqiqi hərbi xidmətə çağırışla bağlı sərəncam imzalayıb23 / 11 / 2024, 16:31Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi sədrinə yeni müavinlər təyin olundu23 / 11 / 2024, 16:26Sumqayıtın ictimai-siyasi, sosial-iqtisadi və mədəni həyatında xidmətləri olan şəxslər təltif edilib23 / 11 / 2024, 16:24Xüsusi təyinatlı təhsil müəssisələrinin kursantlarına ödəmələrin verilməsi Qaydası təsdiqlənib23 / 11 / 2024, 15:57COP29 vaxtı enerji təminatı qüsursuz həyata keçirilib - “Azərenerji” - VİDEO23 / 11 / 2024, 15:35Temperatur 4-8 dərəcə aşağı enəcək - Hava xəbərdarlığı23 / 11 / 2024, 15:29Eksternat imtahanları üçün sənəd qəbulu başlayıb23 / 11 / 2024, 15:22Mehriban Ələkbərzadəyə Çingiz Aytmatov mükafatı təqdim olunub23 / 11 / 2024, 15:21Müdafiə naziri komandirlərin qarşısında konkret tapşırıqlar qoydu23 / 11 / 2024, 15:17Zakir Həsənov xidməti müşavirə keçirdi, tapşırıqlar verdi23 / 11 / 2024, 15:00COP29-da aksiya keçirildi - FOTO23 / 11 / 2024, 14:5070 kiloqram qızılla tutulan azərbaycanlı polkovnik-leytenant imiş - Adı AÇIQLANDI23 / 11 / 2024, 14:29FHN: Zəlzələ nəticəsində hər hansı dağıntı və ya insan xəsarəti barədə məlumat daxil olmayıb - YENİLƏNİB23 / 11 / 2024, 13:51Allahşükür Paşazadə BMT Sivilizasiyalar Alyansının 10-cu Qlobal Forumunda iştirak edəcək23 / 11 / 2024, 13:23COP29 zolaqları noyabrın 25-dən qüvvədən düşəcək23 / 11 / 2024, 13:19
Bütün xəbərlər