Saakaşvilinin həbsxanadan ilk görüntüləri - VİDEO | 1news.az | Xəbərlər
Cəmiyyət

Saakaşvilinin həbsxanadan ilk görüntüləri - VİDEO

17:58 - 21 / 10 / 2021
Saakaşvilinin həbsxanadan ilk görüntüləri - VİDEO

Gürcüstanın keçmiş Prezidenti Mixeil Saakaşvilin həbsxanadan ilk fotosu çəkilib.

1news.az report-a istinadən xəbər verir ki, o, saxlandığı Rustavidəki 12 saylı cəzaçəkmə müəssisəsinin dəmirbarmaqlı pəncərəsindən tərəfdarlarını salamlayıb.

M.Saakaşvili türmə kamerasından tərəfdarlarına "Siz çox güclüsünüz" sözləri ilə təşəkkür edib.

Eks-prezident pəncərədə bir neçə saniyə ərzində görünüb. Pəncərə tez bir zamanda bağlansa da, media nümayəndələri onu lentə alıblar.

Qeyd edək ki, M.Saakaşvili oktyabrın 1-də Tbilisidə saxlanılıb. O, artıq 21-ci gündür aclıq aksiyası keçirir.

1news.az

Paylaş:
294

Son xəbərlər

Bütün xəbərlər