Astarada azyaşlıya qarşı soyğunçuluq edən şəxs saxlanılıb | 1news.az | Xəbərlər
Cəmiyyət

Astarada azyaşlıya qarşı soyğunçuluq edən şəxs saxlanılıb

Qafar Ağayev10:59 - 21 / 10 / 2021
Astarada azyaşlıya qarşı soyğunçuluq edən şəxs saxlanılıb

Astara Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində rayon ərazisində yetkinlik yaşına çatmayan şəxsin üzərindəki pulu soyğunçuluq yolu ilə ələ keçirməkdə şübhəli bilinən şəxs saxlanılıb.

DİN Mətbuat Xidmətinin Lənkəran regional qrupundan 1news.az-a verilən məlumata görə, araşdırmalarla onun Astara rayon sakini, əvvəllər Cinayət Məcəlləsinin bir neçə maddəsilə məhkum olunmuş Fəqan Məmmədov olduğu müəyyən edilib. Saxlanıldıqdan sonra keçirilən şəxsi axtarış zamanı ondan 5 qram narkotik vasitə heroin aşkarlanaraq götürülüb.

Faktla bağlı araşdırma aparılır.

Paylaş:
377

Son xəbərlər

Bütün xəbərlər