Dəliməmmədli-Kəlbəcər dəmir yolu xəttinin inşası üçün ilkin konseptual layihəsi hazırlanıb | 1news.az | Xəbərlər
Cəmiyyət

Dəliməmmədli-Kəlbəcər dəmir yolu xəttinin inşası üçün ilkin konseptual layihəsi hazırlanıb

Qafar Ağayev11:42 - 21 / 10 / 2021
Dəliməmmədli-Kəlbəcər dəmir yolu xəttinin inşası üçün ilkin konseptual layihəsi hazırlanıb

"İcrasına başlanılan layihələrlə yanaşı, ADY-nin mütəxəssisləri tərəfindən azad edilmiş ərazilərdə dəmir yolu xətlərinin inşası üçün yeni istiqamətlər araşdırılır".

1news.az xəbər verir ki, bu barədə səhmdar cəmiyyətinin açıqlamasında bildirilir.

"Belə istiqamətlərdən biri də Dəliməmmədli-Kəlbəcər dəmir yolu xəttidir. Artıq xəttin ilkin konseptual layihəsi hazırlanıb. Ox üzrə uzunluğu 88,8 kilometrə bərabər bu birxətli dəmir yolu xətti üzrə 220-ə yaxın süni mühəndis qurğusunun layihələndirilməsi və tikintisi təklif edilir" - deyə, məlumatda qeyd olunur.

Paylaş:
1289

Son xəbərlər

Bütün xəbərlər