İcbari Tibbi Sığortanın tətbiqindən necə yararlanırıq? – MÜZAKİRƏ – FOTO – VİDEO
İcbari tibbi sığorta (İTS) dünya səhiyyəsində geniş yayılmış həmrəyliyə əsaslanan sosial layihədir və əhalinin tibbi yardım almaq hüququnu təmin edən sistemdir.
Bu sistem sığorta hadisəsi zamanı sığortaolunanların xidmətlər zərfi çərçivəsində tibbi yardım almasını təmin edir. Xidmətlər zərfi çərçivəsində təminatı nəzərdə tutulmuş tibbi xidmətlərin göstərildiyi hər hansı hadisə və hal sığorta hadisəsi hesab edilir.
1news.az-ın verdiyi xəbərə görə, AzTV-nin “Çıxışa doğru” verilişində “İcbari Tibbi Sığortanın tətbiqindən necə yararlanırıq?” mövzusunda aparılan müzakirələr zamanı bu barədə ətraflı danışılıb. Verilişin qonaqları – Milli Məclisin deputatı Müşfiq Məmmədli, Sosial Tədqiqatlar Mərkəzinin baş məsləhətçisi, politoloq Tural İsmayılov, hüquq üzrə fəlsəfə doktoru, vəkillər kollegiyasının üzvü İlqar Eyyubov və İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin kordinatoru Pərvin Baxşəliyeva mövzu ətrafında müzakirə aparıblar.
“Çıxışa doğru” verilişini bütöv şəkildə Azərbaycan Televiziyasının “YouTube” kanalından izləyə bilərsiniz: