Qaxda qanunsuz ov edən şəxslər saxlanılıb - FOTO | 1news.az | Xəbərlər
Cəmiyyət

Qaxda qanunsuz ov edən şəxslər saxlanılıb - FOTO

Qafar Ağayev09:08 - 22 / 10 / 2021
Qaxda qanunsuz ov edən şəxslər saxlanılıb - FOTO

Qax Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən tədbir zamanı rayonun Ağçay kəndi ərazisində qanunsuz ov edən şəxslər saxlanılıb.

DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupundan 1news.az-a verilən məlumata görə, araşdırma zamanı onların Şəki rayonu Cumakənd kənd sakinləri Ramil Şərifov və Çingiz Cəmilov olduqları müəyyən edilib.Həmin şəxslərdən ov tüfəngi və qanunsuz olaraq ovladıqları çöl heyvanları götürülüb.

R.Şərifov və Ç.Cəmilov barəsində Polis Şöbəsində toplanmış materiallar hüquqi qiymət verilməsi üçün rayon məhkəməsinə göndərilib.

Paylaş:
402

Son xəbərlər

Bütün xəbərlər