Bakıda saxta COVID-19 pasportu satan şəxslər saxlanılıb | 1news.az | Xəbərlər
Cəmiyyət

Bakıda saxta COVID-19 pasportu satan şəxslər saxlanılıb

S.Xankişiyeva15:51 - 23 / 10 / 2021
Bakıda saxta COVID-19 pasportu satan şəxslər saxlanılıb

COVID-19 pasportunu saxta yollarla əldə etməyə çalışan, bu işdən gəlir mənbəyi kimi istifadə edən şəxslər saxlanılıblar.

Daxili İşlər Nazirliyinin Mətbuat xidmətindən 1news.az-a verilən məlumata görə, dəfələrlə edilən ciddi xəbərdarlıqlara baxmayaraq, hələ də COVID-19 pasportunu saxta yollarla əldə etməyə çalışan, bu işdən gəlir mənbəyi kimi istifadə edən şəxslərə rast gəlinməkdədir.

Paytaxtın Nizami Rayon Polis İdarəsinin əməkdaşlarının əldə etdikləri əməliyyat məlumatı əsasında həyata keçirdikləri növbəti belə tədbir nəticəsində müəyyən edilib ki, Lerik rayon sakini Eminəli Həşimov Bakı şəhərinin ərazisində yaşayan həmyerlilərini 40 manat müqabilində vaksinasiya prosesində iştirak etmədən “e-TƏBİB” elektron qeydiyyat sisteminə yerləşdirilməklə həmin şəxslərə guya vaksinasiya olunmaları ilə bağlı saxta COVID-19 pasportları satıb. Həyata keçirilən əməliyyat zamanı qeyd edilən qanunsuz fəaliyyətlə məşğul olan Eminəli Həşimov, eləcə də özü və 2 nəfər ailə üzü üçün 3 ədəd saxta COVID-19 pasportu alan Araz Əmrəliyev iş başında saxlanılıblar.

Aparılan araşdırmalar zamanı məlum olub ki, Eminəli Həşimov Lerik rayonundan özü ilə birlikdə Bakı şəhərinə gələrək burada yaşayan, lakin qeyd edilən rayonda qeydiyyatda olan 79 şəxsin adına tərtib olunmuş saxta “COVID-19” pasportu gətirib. Bu şəxsdən həmin pasportlar aşkar olunaraq maddi sübut kimi götürülüb. Əməliyyat tədbirlərinin davamı olaraq Eminəli Həşimovun üzərində olan mobil telefondan saxta pasport hazırlamaq üçün Lerik rayonunda qeydiyyatında olan 300-ə yaxın vətəndaşın şəxsiyyət vəsiqələrin şəkili, eləcə də bu qanunsuz fəaliyyət nəticəsində əldə etdiyi pul vəsaiti aşkar olunub. Faktla bağlı Nizami Rayon Polis İdarəsində araşdırmalar aparılır.

Daxili İşlər Nazirliyi vətəndaşlara bir daha müraciət edərək koronavirus əleyhinə peyvənd vurulması ilə əlaqədar saxta sənəd verilməsi halları ilə üzləşdikdə “102” Xidməti Zəng Mərkəzi və Daxili İşlər Nazirliyinin sosial şəbəkələrdəki səhifələri vasitəsilə məlumat verilmələrini xahiş edir.

Paylaş:
459

Son xəbərlər

“Kartdan-karta” üsulu ilə işləyən daha 258 sahibkara cərimə yazılsıBu gün, 12:31Azərbaycan-İran xüsusi təyinatlılarının “Araz – 2024” birgə taktiki təlimi keçirilirBu gün, 12:21Könüllülər COP29 günlərində xidmət göstərən ADY-nin gücünə güc qatdılarBu gün, 12:12Prezident Surinamın dövlət başçısını təbrik edibBu gün, 12:09MEDİA çap mediası subyektlərinə dəstək üçün müsabiqə elan edibBu gün, 12:09İlham Əliyev Bosniya və Herseqovinanın rəhbərinə təbrik məktubu ünvanlayıbBu gün, 12:08Azər Əmiraslanov: “Gələn il sosial paket 3 milyon insanı əhatə edəcək”Bu gün, 11:58Leysan yağacaq - XƏBƏRDARLIQBu gün, 11:47Sahibə Qafarova: Bu il iqtisadiyyatın əsas sektorlarında mühüm uğurlar müşahidə edilirBu gün, 11:35ABB Bakıxanov qəsəbəsində yeni filial açdı!Bu gün, 11:27Məktəbəhazırlıq qrupları və birinci siniflərin yerdəyişməsi başlayıbBu gün, 11:14Goranboyda 11 baş xırdabuynuzlu heyvanı oğurlayan şəxs saxlanılıbBu gün, 11:08“Bilim Bakı” mərkəzinin şagirdlərinin növbəti beynəlxalq uğuruBu gün, 10:48“Şəki Şərab” şərab zavodunun muzeyi “Korporativ Muzey” Milli Mükafatının qalibi olub - FOTOBu gün, 10:38Kamaləddin Qafarov: “Kəlbəcərin azad edilməsi diplomatiyamızın böyük qələbəsi idi”Bu gün, 10:31Bakıda və Abşeron yarımadasında külək 23 metr/saniyəyəyə qədər güclənib - Faktiki havaBu gün, 10:21COP29 çərçivəsində xarici media nümayəndələri İçərişəhəri ziyarət edibBu gün, 10:12FHN: Ötən sutkada 24 yanğına çıxış olub, 2 nəfər xilas edilibBu gün, 10:08AMB ilk dəfə Xankəndidə poçt filialına bank lisenziyası veribBu gün, 09:49Dünya bazarlarında qızıl və gümüş cüzi ucuzlaşıbBu gün, 09:47
Bütün xəbərlər