Qubadlıda ermənilərin tərk etdiyi mövqelərdən xeyli silah-sursat aşkarlanıb - FOTO | 1news.az | Xəbərlər
Cəmiyyət

Qubadlıda ermənilərin tərk etdiyi mövqelərdən xeyli silah-sursat aşkarlanıb - FOTO

Qafar Ağayev10:07 - 25 / 10 / 2021
Qubadlıda ermənilərin tərk etdiyi mövqelərdən xeyli silah-sursat aşkarlanıb - FOTO

İşğaldan azad edildikdən sonra Rayon Polis Şöbəsinin Qubadlı ərazisində fəaliyyəti bərpa olundu. Aradan ötən müddətdə polis əməkdaşları aidiyyəti qurumların təmsilçiləri ilə birlikdə nəzarət-profilaktik, təhlükəsizlik tədbirləri keçirirlər.

Daxili İşlər Nazirliyinin Mətbuat xidmətindən 1news.az-a verilən məlumata görə, belə tədbirlər zamanı Qubadlı rayonu ərazisindəki düşmənin tərk etdiyi hərbi mövqelərdən 7 avtomat, 2 pulemyot, 1 qumbaraatan, 1 minaatan qurğusu, 42 qumbara, 314 qumbaaratan mərmisi, 118 minaatan mərmisi, 280 müxtəlif növ alışdırıcılar, 22 minə yaxın müxtəlif çaplı patronlar, 31 partlayıcı vasitələr və digər sursatlar aşkar edilib.

Bundan əlavə Dövlət Sərhəd Xidməti, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin və Qubadlı Rayon Polis Şöbəsinin əməkdaşlarının birgə keçirdikləri kompleks tədbirlər zamanı rayonun Davudlu, Bəxtiyarlı və Əliquluuşağı kəndlərinin ərazisində yabanı halda bitmiş ümumi çəkisi 7 tona yaxın olan 12 668 ədəd çətənə bitkisi yığılaraq məhv edilib.

Paylaş:
385

Son xəbərlər

COP29 zamanı hücumlar - Azərbaycana qarşı qarayaxma kampaniyalarının uğursuzluğunun SƏBƏBLƏRİ - ŞƏRH23 / 11 / 2024, 23:08Naxçıvanın Dövlət Energetika Agentliyinin funksiyaları “Azərenerji” və “Azərişığ”a ötürüləcək23 / 11 / 2024, 17:52Emin Əmrullayev Azərbaycan basketbol millisinin üzvləri ilə görüşüb23 / 11 / 2024, 17:44Məktəbəhazırlıq qruplarının və 1-ci siniflərin yerdəyişmə prosesinə start verilir23 / 11 / 2024, 17:28KİV: COP29 nümayəndələri NCQG-ni ildə 300 milyard dollar məbləğində müəyyən etməyi planlaşdırır23 / 11 / 2024, 17:05Prezident müddətli həqiqi hərbi xidmətə çağırışla bağlı sərəncam imzalayıb23 / 11 / 2024, 16:31Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi sədrinə yeni müavinlər təyin olundu23 / 11 / 2024, 16:26Sumqayıtın ictimai-siyasi, sosial-iqtisadi və mədəni həyatında xidmətləri olan şəxslər təltif edilib23 / 11 / 2024, 16:24Xüsusi təyinatlı təhsil müəssisələrinin kursantlarına ödəmələrin verilməsi Qaydası təsdiqlənib23 / 11 / 2024, 15:57COP29 vaxtı enerji təminatı qüsursuz həyata keçirilib - “Azərenerji” - VİDEO23 / 11 / 2024, 15:35Temperatur 4-8 dərəcə aşağı enəcək - Hava xəbərdarlığı23 / 11 / 2024, 15:29Eksternat imtahanları üçün sənəd qəbulu başlayıb23 / 11 / 2024, 15:22Mehriban Ələkbərzadəyə Çingiz Aytmatov mükafatı təqdim olunub23 / 11 / 2024, 15:21Müdafiə naziri komandirlərin qarşısında konkret tapşırıqlar qoydu23 / 11 / 2024, 15:17Zakir Həsənov xidməti müşavirə keçirdi, tapşırıqlar verdi23 / 11 / 2024, 15:00COP29-da aksiya keçirildi - FOTO23 / 11 / 2024, 14:5070 kiloqram qızılla tutulan azərbaycanlı polkovnik-leytenant imiş - Adı AÇIQLANDI23 / 11 / 2024, 14:29FHN: Zəlzələ nəticəsində hər hansı dağıntı və ya insan xəsarəti barədə məlumat daxil olmayıb - YENİLƏNİB23 / 11 / 2024, 13:51Allahşükür Paşazadə BMT Sivilizasiyalar Alyansının 10-cu Qlobal Forumunda iştirak edəcək23 / 11 / 2024, 13:23COP29 zolaqları noyabrın 25-dən qüvvədən düşəcək23 / 11 / 2024, 13:19
Bütün xəbərlər