Xüsusi təhsil müəssisələrinə işə qəbul üzrə müsahibə mərhələsi keçirilib | 1news.az | Xəbərlər
Cəmiyyət

Xüsusi təhsil müəssisələrinə işə qəbul üzrə müsahibə mərhələsi keçirilib

Qafar Ağayev17:41 - 26 / 10 / 2021
Xüsusi təhsil müəssisələrinə işə qəbul üzrə müsahibə mərhələsi keçirilib

Xüsusi təhsil müəssisələrinə işə qəbul üzrə müsahibə mərhələsi keçirilib.

Təhsil Nazirliyindən 1news.az-a verilən məlumata görə, xüsusi təhsil müəssisələri üzrə işə qəbul üçün vakansiyalara müraciət edən namizədlərin məlumatları emal edildikdən sonra onlardan 44 namizəd seçilərək müsahibə mərhələsinə dəvət olunub.

Xüsusi təhsil müəssisələrinə müəllimlərin seçimi zamanı namizədlərin biliyi və metodiki hazırlığı ilə yanaşı, şagirdlərlə işləmək qabiliyyəti, həssaslığı və məsuliyyəti yoxlanılıb.

Qeyd edək ki, müsabiqədə iştirak edən və uğur qazanmayan namizədlərin əlavə yerləşdirmə mərhələsində iştirakına məhdudiyyət qoyulmayacaq.

Paylaş:
345

Son xəbərlər

Sabahın hava proqnozu

15 / 05 / 2025, 13:49

Ölkədə doğum sayı azalıb

15 / 05 / 2025, 13:47
Bütün xəbərlər