Çaylarda sululuq artıb | 1news.az | Xəbərlər
Cəmiyyət

Çaylarda sululuq artıb

Qafar Ağayev10:17 - 26 / 10 / 2021
Çaylarda sululuq artıb

Daxili və tranzit çaylardakı son vəziyyət açıqlanıb.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətindən 1news.az-a verilən məlumata görə, oktyabrın 26-da Lənkəran-Astara bölgəsindən axan Lənkərançay-Sifidor məntəqəsində suyun səviyyəsi 51 sm, Təngərüdçay-Vaqoda 50 sm, Viləşçay-Şıxlarda 1 sm, o cümlədən Böyük Qafqazın ərazisindən axan Vəlvələçay-Təngəaltı məntəqəsində 2 sm, Kiçik Qafqazın ərazisindən axan Zəyəmçay-Ağbaşlarda 3 sm artıb, Gəncəçay-Zurnabad və Kürəkçay-Çaykənd məntəqələrində isə suyun səviyyəsində dəyişiklik müşahidə olunmayıb.

Kür çayının Qıraqkəsəmən məntəqəsində suyun səviyyəsində 1 sm artım qeydə alınıb. Hazırda məntəqədə su sərfi 177 m3/s qeydə alınır ki, bu da ongünlük normanın 107 %-ni təşkil edir. 2020-ci ilin müvafiq dövründə bu rəqəm 84,0 m3/s olmaqla, ongünlük normanın 51 %-ni təşkil edib. Hazırda sululuq keçən illə müqayisədə 56% çoxdur.

Qanıx çayının Cəlayir məntəqəsində suyun səviyyəsində 4 sm azalma qeydə alınıb. Hazırda məntəqədə su sərfi 81,0 m3/s qeydə alınır ki, bu da ongünlük normanın 88 %-ni təşkil edir. 2020-ci ilin müvafiq dövründə bu rəqəm 38,0 m3/s olmaqla, ongünlük normanın 41%-ni təşkil edib. Hazırda sululuq keçən il ilə müqayisədə 47 % çoxdur.

Kür-Surra məntəqəsində suyun səviyyəsi dəyişməyib və səviyyə 284 sm olub, su sərfi isə 59,5 m3/san (2020-ci ildə səviyyə 215 sm su sərfi isə 64,0 m3/san təşkil edib), Kür-Şirvanda suyun səviyyəsi 2 sm artaraq 95 sm olub (2020-ci ildə səviyyə 67 sm təşkil edib), Kür-Bankədə suyun səviyyəsi 16 sm artaraq səviyyə 123 sm olub (2020-ci ildə 108 sm təşkil edib).

Araz-Novruzluda isə suyun səviyyəsi 1 sm azalıb və səviyyə 64 sm olub (2020-ci ildə səviyyə 63 sm təşkil edib).

Paylaş:
353

Son xəbərlər

COP29 zamanı hücumlar - Azərbaycana qarşı qarayaxma kampaniyalarının uğursuzluğunun SƏBƏBLƏRİ - ŞƏRH23 / 11 / 2024, 23:08Naxçıvanın Dövlət Energetika Agentliyinin funksiyaları “Azərenerji” və “Azərişığ”a ötürüləcək23 / 11 / 2024, 17:52Emin Əmrullayev Azərbaycan basketbol millisinin üzvləri ilə görüşüb23 / 11 / 2024, 17:44Məktəbəhazırlıq qruplarının və 1-ci siniflərin yerdəyişmə prosesinə start verilir23 / 11 / 2024, 17:28KİV: COP29 nümayəndələri NCQG-ni ildə 300 milyard dollar məbləğində müəyyən etməyi planlaşdırır23 / 11 / 2024, 17:05Prezident müddətli həqiqi hərbi xidmətə çağırışla bağlı sərəncam imzalayıb23 / 11 / 2024, 16:31Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi sədrinə yeni müavinlər təyin olundu23 / 11 / 2024, 16:26Sumqayıtın ictimai-siyasi, sosial-iqtisadi və mədəni həyatında xidmətləri olan şəxslər təltif edilib23 / 11 / 2024, 16:24Xüsusi təyinatlı təhsil müəssisələrinin kursantlarına ödəmələrin verilməsi Qaydası təsdiqlənib23 / 11 / 2024, 15:57COP29 vaxtı enerji təminatı qüsursuz həyata keçirilib - “Azərenerji” - VİDEO23 / 11 / 2024, 15:35Temperatur 4-8 dərəcə aşağı enəcək - Hava xəbərdarlığı23 / 11 / 2024, 15:29Eksternat imtahanları üçün sənəd qəbulu başlayıb23 / 11 / 2024, 15:22Mehriban Ələkbərzadəyə Çingiz Aytmatov mükafatı təqdim olunub23 / 11 / 2024, 15:21Müdafiə naziri komandirlərin qarşısında konkret tapşırıqlar qoydu23 / 11 / 2024, 15:17Zakir Həsənov xidməti müşavirə keçirdi, tapşırıqlar verdi23 / 11 / 2024, 15:00COP29-da aksiya keçirildi - FOTO23 / 11 / 2024, 14:5070 kiloqram qızılla tutulan azərbaycanlı polkovnik-leytenant imiş - Adı AÇIQLANDI23 / 11 / 2024, 14:29FHN: Zəlzələ nəticəsində hər hansı dağıntı və ya insan xəsarəti barədə məlumat daxil olmayıb - YENİLƏNİB23 / 11 / 2024, 13:51Allahşükür Paşazadə BMT Sivilizasiyalar Alyansının 10-cu Qlobal Forumunda iştirak edəcək23 / 11 / 2024, 13:23COP29 zolaqları noyabrın 25-dən qüvvədən düşəcək23 / 11 / 2024, 13:19
Bütün xəbərlər