Qarabağ Dirçəliş Fondunun Müşahidə Şurasının iclası keçirilib - FOTO | 1news.az | Xəbərlər
Cəmiyyət

Qarabağ Dirçəliş Fondunun Müşahidə Şurasının iclası keçirilib - FOTO

Qafar Ağayev12:07 - 21 / 10 / 2021
Qarabağ Dirçəliş Fondunun Müşahidə Şurasının iclası keçirilib - FOTO

Qarabağ Dirçəliş Fondunun Müşahidə Şurasının növbəti iclası keçirilib.

1news.az xəbər verir ki, iclasda Müşahidə Şurasının sədri, Azərbaycan Respublikasının İqtisadiyyat naziri Mikayıl Cabbarov, Şuranın üzvləri — Ekologiya və Təbii Sərvətlər naziri Muxtar Babayev, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Rövşən Rzayev, Milli Məclisin deputatı, “Qarabağa dönüş” İctimai Birliyinin sədri Tural Gəncəliyev, Milli Məclisin deputatı Fatma Yıldırım, Azərbaycan Dövlət İqtisad Universitetinin rektoru Ədalət Muradov, Azərbaycan Dillər Universitetinin rektoru Kamal Abdulla, Azərbaycanın Xalq artisti Alim Qasımov və eyni zamanda Fondun İdarə Heyətinin sədri Rəhman Hacıyev iştirak ediblər.

İclasda Fondun İdarə Heyətinin sədri Rəhman Hacıyev Müşahidə Şurasına görülən işlər, həmçinin icrası nəzərdə tutulan layihələr üzrə sənəd və təkliflər barədə ətraflı məlumatı təqdim edib.

İclas iştirakçıları Qarabağda icra olunacaq layihələrə ayrılacaq maliyyə dəstəyi barədə ətraflı müzakirələr aparıb. Müzakirələr zamanı tarixi abidələrin bərpası üzrə maliyyə dəstəyinin göstərilməsi, Qarabağda ekoloji tarazlığın bərpası üzrə layihələrin həyata keçirilməsi, ianələrin cəlb olunması, Fondun ştat cədvəlinə dəyişikliklərin edilməsi və gündəlikdə duran digər məsələlərə toxunulub.

Müşahidə Şurası tərəfindən 2021-ci ilin sonunadək Fond tərəfindən həyata keçirilməsi planlaşdırılan layihələr öz təsdiqini tapıb.

Görüşün sonunda işğaldan azad edilən ərazilərin bərpası istiqamətində görülən işlər və qarşıda dayanan mühüm vəzifələr barədə danışan tədbir iştirakçıları qeyd ediblər ki, torpaqlarımız işğal altında olarkən bütün bunlar xəyal idi. Lakin Ali Baş Komandanın rəhbərliyi ilə Müzəffər Azərbaycan ordusunun qələbəsi nəticəsində torpaqlarımız yenidən öz sahiblərinə qovuşdu. Qeyd edildi ki, artıq biz xoşbəxtik ki, bu gün həmin ərazilərə maliyyə vəsaiti ayrılması, orada yenidən həyatın canlanması barədə müzakirələr aparırıq.

Müşahidə Şurası Fondun gördüyü işlər və fəaliyyət istiqamətləri barədə razılıqlarını ifadə edərək, İdarə Heyətinə müvafiq tapşırıqlar verib.

Paylaş:
386

Son xəbərlər

COP29 zamanı hücumlar - Azərbaycana qarşı qarayaxma kampaniyalarının uğursuzluğunun SƏBƏBLƏRİ - ŞƏRH23 / 11 / 2024, 23:08Naxçıvanın Dövlət Energetika Agentliyinin funksiyaları “Azərenerji” və “Azərişığ”a ötürüləcək23 / 11 / 2024, 17:52Emin Əmrullayev Azərbaycan basketbol millisinin üzvləri ilə görüşüb23 / 11 / 2024, 17:44Məktəbəhazırlıq qruplarının və 1-ci siniflərin yerdəyişmə prosesinə start verilir23 / 11 / 2024, 17:28KİV: COP29 nümayəndələri NCQG-ni ildə 300 milyard dollar məbləğində müəyyən etməyi planlaşdırır23 / 11 / 2024, 17:05Prezident müddətli həqiqi hərbi xidmətə çağırışla bağlı sərəncam imzalayıb23 / 11 / 2024, 16:31Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi sədrinə yeni müavinlər təyin olundu23 / 11 / 2024, 16:26Sumqayıtın ictimai-siyasi, sosial-iqtisadi və mədəni həyatında xidmətləri olan şəxslər təltif edilib23 / 11 / 2024, 16:24Xüsusi təyinatlı təhsil müəssisələrinin kursantlarına ödəmələrin verilməsi Qaydası təsdiqlənib23 / 11 / 2024, 15:57COP29 vaxtı enerji təminatı qüsursuz həyata keçirilib - “Azərenerji” - VİDEO23 / 11 / 2024, 15:35Temperatur 4-8 dərəcə aşağı enəcək - Hava xəbərdarlığı23 / 11 / 2024, 15:29Eksternat imtahanları üçün sənəd qəbulu başlayıb23 / 11 / 2024, 15:22Mehriban Ələkbərzadəyə Çingiz Aytmatov mükafatı təqdim olunub23 / 11 / 2024, 15:21Müdafiə naziri komandirlərin qarşısında konkret tapşırıqlar qoydu23 / 11 / 2024, 15:17Zakir Həsənov xidməti müşavirə keçirdi, tapşırıqlar verdi23 / 11 / 2024, 15:00COP29-da aksiya keçirildi - FOTO23 / 11 / 2024, 14:5070 kiloqram qızılla tutulan azərbaycanlı polkovnik-leytenant imiş - Adı AÇIQLANDI23 / 11 / 2024, 14:29FHN: Zəlzələ nəticəsində hər hansı dağıntı və ya insan xəsarəti barədə məlumat daxil olmayıb - YENİLƏNİB23 / 11 / 2024, 13:51Allahşükür Paşazadə BMT Sivilizasiyalar Alyansının 10-cu Qlobal Forumunda iştirak edəcək23 / 11 / 2024, 13:23COP29 zolaqları noyabrın 25-dən qüvvədən düşəcək23 / 11 / 2024, 13:19
Bütün xəbərlər