Şəhid məzarı başında yad edildi - VİDEO | 1news.az | Xəbərlər
Cəmiyyət

Şəhid məzarı başında yad edildi - VİDEO

17:42 - 27 / 10 / 2021
Şəhid məzarı başında yad edildi - VİDEO

Bu gün Vətən Müharibəsində şəhadətə yüksələn Şirinov Vüsal Novruz oğlunun anım günüdür.

1news.az milli.az-a istinadən xəbər verir ki, 2002-ci ildə Qusarın Ləgərqışlaq kəndində anadan olan Vüsal hələ uşaq yaşlarından vətənpərvərliyi ilə seçilib. hətda kiçik olanda yaxınlarına gün gələcək torpaqları işğaldan azad edəcəyəm deyə söz də verib.

Vətən müharibəsi başlayan zaman hərbi xidmətdə olan Vüsal ilk gündən döyüşlərə qatılıb. Torpaqlarımızın işğaldan azad olunmasında böyük şücaət göstərən gənc qəhrəman Füzuli uğrunda gedən ağır döyüşdə şəhadətə yüksəlib.

Gənc yaşında şəhadəti ilə tarix yazan qəhrəmanla bu gün tək yaxınları deyil, onu tanıyan hər kəs qürur duyur.

Bu gün şəhadətindən bir il ötən şəhid Vüsal Şirinov yaxınları və Qusar rayon icra hakimiyyətinin nümayəndələri tərəfindən məzarı başında yad edildi. Şəhidin məzarı önünə güllər düzüldü, ruhuna dualar oxundu. Qusar rayon icra hakimiyyəti başçısının birinci müavini Şahid Fərəməzov qeyd etdi ki, torpaqlarımızın ərazi bütövlüyü uğrunda gedən mübarizə zamanı 105 nəfər qusarlı şəhid olub. Onlardan 68 nəfəri birinci Qarabağ, 37 nəfəri isə Vətən Müharibəsində şəhadətə yüksəlib. Torpaqlarımızın azadlığı naminə canından keçən qəhrəman şəhidlər hər zaman xalqımızın qəlbində yaşayacaq. Onu da qeyd edək ki, döyüşlərdə göstərdiyi sücaətinə görə, Vüsal Şirinov Vətən uğrunda, Füzuli və Xocavəndin azad olunmasına görə medalları ilə təltif edilib.

1news.az

Paylaş:
267

Son xəbərlər

Taleh Kazımov Vaşinqtonda COP29-un iqtisadi baxımdan əhəmiyyətindən danışdı18 / 04 / 2024, 20:32Avstriyanın maliyyə nazirinin müavini və “Grabher Group” şirkətinin baş direktoru ilə görüş keçirilib - FOTO18 / 04 / 2024, 19:43Azərbaycanla Türkiyə arasında gəlirlərə görə ikiqat vergitutma ləğv edilir18 / 04 / 2024, 17:48Sahibə Qafarova: Fransa öz tarixində qara ləkə olan kolonializmi Cənubi Qafqazda davam etdirmək istəyir18 / 04 / 2024, 17:44ADY: Azərbaycanda piyada diqqətsizliyi ağır qəzaya səbəb olub18 / 04 / 2024, 17:40Taleh Kazımov Dünya Bankı və IMF-in yaz toplantılarında iştirak edir18 / 04 / 2024, 17:22Sahibə Qafarova: Fransanın xalqların hüquqlarını kobud şəkildə pozması qəbuledilməzdir18 / 04 / 2024, 16:52Baş prokuror Çinə səfər edib18 / 04 / 2024, 16:49Qubad İbadoğlunun ibtidai istintaq işi üzrə yekun ittiham aktı elan edilib18 / 04 / 2024, 16:06Nazir: “Məktəblərdə daha ciddi fəsadların qarşısı məhz “Məktəblinin dostu” layihəsi əsasında alınıb”18 / 04 / 2024, 16:00Milli Məclisdə Yeni Kaledoniya nümayəndələrinin iştirakı ilə konfrans keçirilir18 / 04 / 2024, 15:42Rüstəm Ağayev: “Məktəblinin dostu” tərəfindən 11 mindən çox şagirdə ilkin yardım göstərilib18 / 04 / 2024, 15:3815 məktəbdə “Məktəblinin dostu” layihəsi ilə bağlı sorğu keçirilib18 / 04 / 2024, 15:32Marketdən 8 min manatlıq spirtli içki oğurlayan şəxs saxlanılıb18 / 04 / 2024, 14:58Dünyanın ən məşhur idman və əyləncə kanalları indi “CityNet”də!18 / 04 / 2024, 14:35Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi svetoforlarla bağlı vətəndaşlara müraciət edib18 / 04 / 2024, 14:31Azərbaycan QHT-ləri Vardanyanla bağlı Norveç Nobel Komitəsinə açıq məktub ünvanlayıb18 / 04 / 2024, 14:26Azərbaycan və Yeni Kaledoniya parlamentləri əməkdaşlıq memorandumu imzalayıb18 / 04 / 2024, 13:48ABB-dən cəmi bir günə tender qarantiyası18 / 04 / 2024, 13:29Polis Bakıda qanunsuz miqrasiyaya qarşı tədbirlər həyata keçirib, 21 əcnəbi saxlanılıb18 / 04 / 2024, 13:23
Bütün xəbərlər