Azərbaycanda koronavirusa qarşı dördüncü doza vaksin vurdurmaq mümkündür? - Agentlikdən CAVAB | 1news.az | Xəbərlər
Cəmiyyət

Azərbaycanda koronavirusa qarşı dördüncü doza vaksin vurdurmaq mümkündür? - Agentlikdən CAVAB

Qafar Ağayev15:55 - 28 / 10 / 2021
Azərbaycanda koronavirusa qarşı dördüncü doza vaksin vurdurmaq mümkündür? - Agentlikdən CAVAB

“Buster” dozadan sonra 4-cü doza vətəndaşın sağlamlıq vəziyyəti nəzərə alınaraq həkim məsləhətinə əsasən vurula bilər.

1news.az xəbər verir ki, bu barədə Trend-ə İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyindən məlumat verilib.

Məlumatda deyilir: "Hazırda ilkin vaksinasiyadan 6 ay sonra “buster” və ya “revaksinasiya” mümkündür. COVID-19 xəstəliyinə qarşı 2 doza vaksin vurdurduqdan 6 ay sonra orqanizmin bu virusa qarşı müqaviməti azalır. Orqanizmin koronavirus infeksiyasına qarşı müqavimətini yenidən artırmaq üçün “buster” dozanın (3-cü doza) vurulması tövsiyə olunur. “Buster” dozadan sonra 4-cü doza vətəndaşın sağlamlıq vəziyyəti nəzərə alınaraq həkim məsləhətinə əsasən vurula bilər".

Qeyd olunub ki, vətəndaş randevu.its.gov.az saytı üzərindən 3-cü doza üçün növbə götürəndə avtomatik olaraq 4-cü dozanın qəbulu tarixi qeyd olunur: "Yəni, bu qayda peyvənd üçün ilk növbə götürmə prosesindəkinə oxşardır. Həmin vaxt da ikinci dozanın vurulma tarixi vətəndaşa ekranda göstərilir, yaxud da mobil nömrəsinə göndərilən sms-də bildirilir. Odur ki, 4-cü doza üçün əlavə növbə götürməyə ehtiyac yoxdur. Əgər həkim məsləhəti varsa, vətəndaş 4-cü doza üçün məntəqəyə yaxınlaşa bilər. Yoxdursa, 3-cü doza ilə kifayətlənir”.

Paylaş:
517

Son xəbərlər

Sabahın hava proqnozu

15 / 05 / 2025, 13:49

Ölkədə doğum sayı azalıb

15 / 05 / 2025, 13:47
Bütün xəbərlər