Dünən COVID-19 pasportu olmadığına görə 462 nəfər toya buraxılmayıb | 1news.az | Xəbərlər
Cəmiyyət

Dünən COVID-19 pasportu olmadığına görə 462 nəfər toya buraxılmayıb

S.Xankişiyeva10:28 - 28 / 10 / 2021
Dünən COVID-19 pasportu olmadığına görə 462 nəfər toya buraxılmayıb

Oktyabrın 27-də Daxili İşlər Nazirliyinin (DİN), Qida Təhlükəsizliyi Agentliyinin və İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin nümayəndələri Bakı şəhərində və respublika ərazisində 72 toy şənliyinin monitorinqini həyata keçirib.

DİN-in Mətbuat Xidmətindən 1news.az-a verilən məlumata görə, monitorinq 58 şadlıq sarayında, 14 şəxsi həyətyanı sahədə keçirilən şənlikləri əhatə edib.

Monitorinqlər nəticəsində toy şənliklərinin keçirilməsində xüsusi karantin rejimi qaydalarını pozduqlarına görə, 19 nəfər İnzibati Xətalar Məcəlləsinin 211-ci (Epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və karantin rejimlərinin pozulması) maddəsinə əsasən cərimə olunub, 462 nəfər COVID-19 pasportu olmadığına görə şənliyə buraxılmayıb.

Paylaş:
614

Son xəbərlər

Bütün xəbərlər