Dünən COVID-19 pasportu olmadığına görə 78 nəfər toya buraxılmayıb | 1news.az | Xəbərlər
Cəmiyyət

Dünən COVID-19 pasportu olmadığına görə 78 nəfər toya buraxılmayıb

S.Xankişiyeva11:10 - 02 / 11 / 2021
Dünən COVID-19 pasportu olmadığına görə 78 nəfər toya buraxılmayıb

Nazirliyi yanında Dövlət Vergi Xidmətinin nümayəndələri Bakı şəhərində və respublika ərazisində 52 toy şənliyinin monitorinqini həyata keçirib.

DİN-in Mətbuat Xidmətindən 1news.az-a verilən məlumata görə, monitorinq 47 şadlıq sarayında, 5 şəxsi həyətyanı sahədə keçirilən şənlikləri əhatə edib.

Monitorinqlər nəticəsində toy şənliklərinin keçirilməsində xüsusi karantin rejimi qaydalarını pozduqlarına görə, 6 nəfər İnzibati Xətalar Məcəlləsinin 211-ci (Epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və karantin rejimlərinin pozulması) maddəsinə əsasən cərimə olunub, 78 nəfər COVID-19 pasportu olmadığına görə şənliyə buraxılmayıb.

Paylaş:
385

Son xəbərlər

Bütün xəbərlər