İsrail səfiri Gəncədə Ermənistanın raket atəşinə tutduğu ərazidə olub - FOTO

İsrailin Azərbaycandakı səfiri Corc Dik Gəncəyə səfəri çərçivəsində Vətən müharibəsi dövründə şəhərin Ermənistan tərəfindən raket atəşinə tutulun ərazisində olub.
1news.az-ın APA-ya istinadən verdiyi xəbərə görə, diplomat Ermənistanın terroru nəticəsində həlak olan mülki insanların xatirəsini yad edib. Onların xatirəsinə ehtiram əlaməti olaraq dağılmış evlərin ətrafına gül düzüb.
1news.az
370